“Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr inkişaf edir”
Tarix: 25.07.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər”.
Bu sözləri AMEA Tarix İnstitutunun rəhbəri, akademik Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, Rusiya ilə bizim tarixi əlaqələrimiz var: “Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir. Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir. Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil. Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info