“Amnesty International”-ın Türkiyə nümayəndəliyinin rəhbəri FETÖ üzvüdür”
Tarix: 26.07.2017 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Saxlanılan “Amnesty International”-ın Türkiyə nümayəndəliyinin rəhbəri İdil Eser FETÖ terror təşkilatının üzvüdür.  APA-nın TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Brüsseldə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransında bildirib. 
 
““Amnesty International Türkiyədə sərbəst şəkildə fəaliyyət göstərir. Lakin onun rəhbəri FETÖ üzvüdür, FETÖ-nün xaricdəki başçıları ilə əlaqədə olub. Onun “Amnesty International”a üzvlüyünün məsələ ilə nə əlaqəsi var. Biz yalnız bir şeyi – istintaqı sürətləndirə bilərik. Sizə elə gəlir ki biz “Amnesty International”-ın fəaliyyətini məhdudlaşdırmağa çalışırıq. Bu belə deyil!  Amma onun bir neçə nümayəndəsi FETÖ-nün üzvüdür.  Bu cür şüylərə istənilən reaksiyamız hüquq və azadlıqlara müdaxilə kimi qələmə verilir”, - deyə Çavuşoğlu qeyd edib.
 
Nazirin sözlərinə görə, Avropa və ABŞ FETÖ-nü terror təşkilatı kimi qəbul etmir: “Problem bundadır. Biz iki jurnalisti deportasiya etdik, hər ikisinin casus olduğu ifşa edilib. Son zamanlar belə bir dəb düşüb: jurnalistlər casus kimi istifadə edilir, onlar ifşa edildikdə isə elə hay-küy qoparırlar ki, sanki dünyanın axırıdır”.    
 
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə məhkəmə “Amnesty International”-ın Türkiyə nümayəndəliyinin rəhbəri İdil Eser və Almaniya vətəndaşı Peter Ştoydtner daxil olmaqla 5 nəfərin həbsinə dair qərar verib. Onlar terrorçuluğu dəstəkləməkdə ittiham olunurlar. 




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər
18.01.2019
Astaranın Ərçivan qəsəbəsindəki məscidin yaşı 500 ildən çoxdur
17.01.2019
Paşinyan hökuməti kadr qıtlığı ilə üzləşib
17.01.2019
Rusiya kəşfiyyatı ABŞ ordusunu nəzarətə götürür
17.01.2019
İki erməni əsgəri minaya düşdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info