“Etihad“ Əbu-Dabidən Bakıya aviareys aça bilər
Tarix: 26.07.2017 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov “Etihad” aviaşirkətinin Əbu-Dabi şəhərində yerləşən baş qərargahında şirkətin rəhbərliyi ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, görüşdə dünyanın 10 ən yaxşı hava yolları şirkətləri siyahısına daxil olan şirkətin baş icraçı direktoru Piter Baumqartner, birinci vitse-prezidenti Əhməd əl Qubaisi, vitse-prezidentləri Əli Saleh əl Bəluşi, Vicay Punusami, Məhəmməd Abdulla əl Buluki və Aleks Fizerston, həmçinin digər rəsmilər iştirak edib.
 
Görüşün əsas məqsədi aviaşirkətin Azərbaycana birbaşa uçuşlarının təşkil edilməsi istiqamətində müzakirələrin aparılması olub.
 
D. Şikarov son illərdə Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərar və görülən tədbirlər nəticəsində ölkəmizin turistik cazibədarlığının gücləndiyini, körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 30 dəfədən çox artdığını, bu sahədə birbaşa təyyarə uçuşlarının vacibliyini diqqətə çatdırıb. O, hazırda Dubay-Bakı, Şarja-Bakı və Dubay-Qəbələ istiqamətində həftədə 45-dən çox uçuşun həyata keçirildiyini, Əbu-Dabidə açılması müzakirə edilən marşrut üçün böyük sərnişin potensialının olduğunu vurğulayıb.
 
Səfir BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abulla bin Zayed əl Nəhyanın cari ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan vətəndaşlarının BƏƏ-yə gələrək yerində viza alması məsələsində ümumi razılığın əldə olunduğuna istinad edərək, Əbu-Dabi - Bakı reysinin Azərbaycanlı sərnişinlər üçün də yeni və maraqlı istiqamət kimi cəlbedici olacağını qeyd edib, reysin açılmasının faydalı tərəflərini izah edib.
 
Tərəflər yaxın gələcəkdə şirkətin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi, yerində qiymətləndirmə və tezliklə reysin açılması istiqamətində müzakirələrin aparılması barədə razılığa gəliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info