ADTGT regionlarda yeniyetmə və gənclər arasında sorğular keçirib
Tarix: 01.05.2013 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından (ADTGT) qəzetimizə verilən məlumata görə, təşkilat Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “İbtidaidən aliyə: insan hüquqlarının tədrisi” adlı layihə çərçivəsində növbəti fəaliyyəti həyata keçirib.
Ekspert və sosioloq tərəfindən hazırlanan anketlər əsasında ADTGT könüllüləri Ağsu və Salyan rayonlarında yeniyetmə və gənclər arasında insan hüquqları və fundamental azadlıqların tədrisinə, bu sahədə aparılan maarifləndirici tədbirlərin vəziyyətinə dair sorğu və ictimai monitorinqlər keçiriblər. Anonim və seçmə metodu ilə keçirilən monitorinq və sorğu ümumilikdə 400 nəfər yeniyetmə və gənci əhatə edib. Monitorinq və sorğunun nəticələri ADTGT ekspertləri tərəfindən təhlil olunacaq və obyektiv, bu sahədə vəziyyəti və real mənzərəni əks etdirən hesabat hazırlanacaq. Layihənin İcra Planına uyğun yaxın vaxtlarda adıçəkilən rayonlarda yeniyetmə və gənclər üçün insan hüquqları və əsas azadlıqlara dair maarifləndirici informasiya sessiyaları keçiriləcək, əyani vəsaitlər və təbliğat materialları paylanacaq. Təşkilat gələcəkdə də belə maarifləndirici tədbirlərin həyata keçirilməsini davam etdirəcək.
SÖHRAB




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info