Rüstəm Muhamadeyev: “BANM-in təcrübəsini öyrənərək öz ölkəmizdə tətbiq etmək istəyirik”
Tarix: 26.07.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC), Almetyevsk Dövlət Neft İnstitutunun (ADNİ) və “PricewaterhouseCoopers” (“PwC”) şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən bildirilib ki, Tatarıstan tərəfinin təşəbbüsü ilə baş tutan görüş BANM-də təhsil proqramlarının tətbiqi, istedadlı abituriyentlərin tədrisə cəlb olunması üsulları, məzunların işlə təmin edilməsi, elmi-tədqiqat işləri və ali məktəbin kampusu ilə tanışlıq məqsədilə keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin beş il ərzində qazandığı nailiyyətlərdən, mühəndis kadrların hazırlanmasında tətbiq edilən müasir tədris proqramları və texnologiyalardan, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə təşkil olunan istehsalat təcrübəsindən və ilk məzunlarının uğurlarından danışıb. Rektor BANM-in beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurduğu əməkdaşlıqdan da söz açıb. Sonra BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun ali məktəbin fəaliyyəti haqqında təqdimatı olub.
“Tatneft” PSC-nin kadr və sosial inkişafı üzrə departamentinin baş direktorun müavini Rüstəm Muhamadeyev çıxışında Tatarıstan-Azərbaycan dostluq əlaqələrindən danışaraq bunun təhsil sahəsinə də sirayət edəcəyinə əminliyini bildirib. “Bakı Ali Neft Məktəbinin qısa müddətdə Azərbaycanın ən nüfuzlu ali təhsil ocağına çevrilə bilməsi bizdə böyük maraq oyadıb. BANM-in təcrübəsini öyrənərək öz ölkəmizdə tətbiq etmək istəyirik”, - deyə R.Muhamadeyev vurğulayıb.
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev təmsil etdiyi institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O deyib: “Almetyevsk Dövlət Neft İnstitutu Tatarıstan Respublikasında neft sənayesi üzrə kadrlar hazırlayan aparıcı təhsil müəssisəsidir. Hazırda bizim komandamız “Tatneft” PSC və “PwC” şirkətləri ilə birlikdə institutun inkişaf strategiyasının üzərində çalışır. Hədəfimiz ADNİ-nin bazasında Rusiyadakı aparıcı neft institutlarını yaratmaqdır”.
Sonda BANM ilə “Tatneft” və Almetyevsk Dövlət Neft İnstitutunun əməkdaşlıq perspektivləri müzakirə edilib. Tatarıstanlı qonaqlar BANM-in Bibiheybətdə yenicə istifadəyə verilmiş kampusundakı təhsil-təlim, sosial-mədəni və idman infrastrukturu ilə tanış olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info