İndoneziya “ASAN xidmət” modelini seçdi
Tarix: 26.07.2017 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


24-26 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
İndoneziya Respublikasında dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandumu Azərbaycan tərəfdən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İndoneziya tərəfdən bu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur imzalayıblar.
İmzalanma mərasiminin yekunları üzrə keçirilən mətbuat konfransında çıxış edən Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan-İndoneziya dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirən İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur, növbəti illərdə bu modelin İndoneziyada uğurla tətbiqinə əminliyini ifadə edib.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın İnvestisiya Əlaqələndirmə Şurası, Ədliyyə və İnsan Hüquqları Nazirliyində görüşlər keçirib, Cakarta şəhərinin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzinin fəaliyyəti ilə tanış olub.
Dövlət Agentliyinin nümayəndə heyəti həmçinin Bali adasının Denapasar şəhərinin meri ilə görüşüb, şəhərin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzində olub.
Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev və Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info