Azərbaycan-Makedoniya əlaqələri inkişaf edir
Tarix: 26.07.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Azərbaycanın Türkiyədə, eyni zamanda, Makedoniya Respublikasında akkreditə olunan səfiri Faiq Bağırov Makedoniyanın Skopye şəhərinə səfər edib.
Azərbaycan səfirinin Makedoniya parlamentinin sədri Talat Caferi və ölkənin Baş naziri Zoran Zayev ilə görüşləri olub.
Makedoniya parlamentinin sədri ilə görüşdə səfir Faiq Bağırov Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən Talat Caferiyə Makedoniya parlamentinin sədri seçilməsi münasibətilə ünvanlanan təbrik məktubunu təqdim edib.
Görüşdə Azərbaycan ilə Makedoniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnun olduqlarını ifadə edən tərəflər iki ölkə xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğunu vurğulayıblar. Talat Caferi əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rola malik olduğunu qeyd edərək, iki ölkənin qanunvericilik orqanları arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla inkişaf və davam etdiriləcəyinə əminliyini ifadə edib.
Səfir Faiq Bağırov 30 ilə yaxındır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və problemin danışıqlar yolu ilə həllində maraqlı olmayan Ermənistan tərəfinin silahlı qüvvələrin təmas xəttindəki təxribatlarından söz açıb. O, iyulun 4-də Ermənistan ordusunun növbəti təxribatı nəticəsində Füzuli rayonu Alxanlı kəndinin aramsız atəşə tutulması və iki dinc sakinin, o cümlədən iki yaşlı Zəhranın erməni terrorunun növbəti günahsız qurbanı olduğunu parlament sədrinin diqqətinə çatdırıb.
Talat Caferi Makedoniyanın Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və suverenliyini dəstəkləməkdə davam edəcəyini və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə öz həllini tapacağına ümidvar olduğunu qeyd edib.
Sonra Azərbaycan səfiri Makedoniyanın Baş naziri Zoran Zayevlə görüşüb. Görüşdə F.Bağırov Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Zoran Zayevə Baş nazir seçilməsi münasibətilə ünvanladığı təbrik məktubunu təqdim edib.
Görüşdə Azərbaycan ilə Makedoniya arasındakı əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində baş tutan görüşlərin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Həmçinin ölkələrimiz arasında ticarət, iqtisadiyyat, energetika, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyətinə toxunulub. Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında dəstəkləndiyini ifadə edib.
Hər iki görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirələr edilib, səfir Faiq Bağırov Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin yüksək qiymətləndirildiyini bildirib. Səfir, həmçinin son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizdə aparılan böyük islahatlar, energetika, nəqliyyat və digər sahələrdə həyata keçirilən beynəlxalq miqyaslı layihələr barədə Makedoniya rəsmilərinə məlumat verib.
Qeyd edək ki, səfir Faiq Bağırov Makedoniyaya səfəri zamanı Skopye şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Azərbaycan və Türkiyənin Makedoniyadakı səfirliklərinin birgə təşkil etdikləri “TÜRKSOY Gənclər Orkestri”nin konsertinin açılışında da çıxış edib. Səfir bu tədbirdəki çıxışında Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətindən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin zəngin mədəniyyəti və incəsənətinin qorunması və dünyaya tanıdılmasında göstərdiyi xüsusi qayğıdan bəhs edib. Səfir Azərbaycan mədəniyyətinin beşiyi, Dağlıq Qarabağ və Qafqaz regionunun konservatoriyası hesab olunan Şuşa şəhərinin işğalı haqqında tamaşaçıları məlumatlandırıb.
Tədbir iştirakçılarına ölkəmizə dair həqiqətlər, Azərbaycanın tarixi və mədəniyyəti barədə nadir kitab, jurnal və broşürlər təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Azərbaycan polisi ictimai sabitliyin keşiyindədir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info