“Azərbaycanın gələcəyi biz gənclərin əlindədir”
Tarix: 26.07.2017 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


“Uşaq yaşlarımdan musiqiyə həvəsim olub. 12 yaşımda Bakı şəhər 30 saylı uşaq musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil almışam. 2013-cü ildə isə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasına daxil oldum və musiqi, eləcə də orta məktəb təhsilimi orada davam etdirdim”.
Bunu incəsənət yollarına necə çıxmasından, Azərbaycan gənci olaraq dövlətçiliyə sevgisindən, xidmətlərindən bəhs Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası” layihəsinin Koordinatoru Nüşabə Zahid qızı Kərimli danışıb.
Nüşabə xanım deyir ki, bu müddət ərzində keçirilən tədbirlərdə, konsertlərdə fəal iştirak edərək fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunub. 2016-cı ilin aprel ayında Dil və Mədəniyyət Festivalında (İnternational Festival of Culture and Language) Ruminiyada, may ayında isə eyni festivalda Hindistanda Azərbaycanı layiqli təmsil etdiyinə görə diplomla təltif olunub. 2017-ci ildə Enactus XII Milli Yarışında uğurlu çıxışına görə Sertifikata layiq görülüb. 2017 Muğam Televiziya Müsabiqəsinin Diplomantı adına da layiq görülmüş bu xanım, hazırda Azərbaycan Milli Konservatoriyasının II kurs tələbəsidir:
“Hələ ta qədim zamanlardan Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı çox zəngin olub. Bu mədəniyyət inkişaf edərək müasir dövrümüzə qədər gəlib çatıb. Ümumilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyev mədəniyyətimizə hər zaman çox böyük diqqət və qayğı göstərib. Onun bu qayğısı sayəsində neçə-neçə Xalq artisləri, Əməkdar artistlər, Əməkdar incəsənət xadimləri, bəstəkarlar, musiqişünaslar yetişib və öz layiqli qiymətlərini alıblar. Onun davamçısı Prezident İlham Əliyev cənabları və vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur. Buna görə də biz Mehriban xanıma muğam sənətinə yüksək diqqət və qayğı göstərdiyinə görə öz dərin minnətdarlığımızı bildiririk və arzu edirik ki Azərbaycan musiqisi daim belə yüksək zirvələrdə qalsın”.
Gənc istedadımız bir gənc xanəndə kimi dövlətimizin musiqiyə göstərdiyi qayğıdan çox razı olduğunu, yaradıcılıqlarının inkişafında yaradılan şəraitə görə minnətdarlığını ifadə edib:
“Mən çox istərdim ki,indiki gənclər bu yaradılmış gözəl şəraitdən səmərəli istifadə edərək, seçdikləri peşəni dərindən mənimsəsinlər və xalqımıza lazımlı, istedadlı bir mütəxəssis kimi yetişsinlər. Çünki Azərbaycanın gələcəyi biz gənc nəslin əlindədir. Çalışmalıyıq ki, xalqımız hər sahədə – istər ədəbiyyat, mədəniyyət, texnika, səhiyyə, istərsə də digər sahələrdə öndə getsin. Bunun üçün hər birimiz öz sahəmizdə dövlətimizə, xalqımıza layiqli xidmət etməliyik”.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
1 ildə 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib
22.11.2018
Azərbaycan-Belarus münasibətləri strateji xarakter daşıyır
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info