Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 26.07.2017 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


İyulun 25-də Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbir İslahatçı Gənclər İctimai Birliyi və AMM Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rəhbəri Leyla Əliyeva iki ölkə xalqları arasındakı dostluqdan və mədəni əlaqələrdən danışıb. Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə çıxış edərək bildirib ki, Gürcüstan-Azərbaycan münasibətləri günü-gündən inkişaf edir və bu inkişaf həyatın bütün sahələrində özünü büruzə verməkdədir. Xalqlar arasında isti münasibətlər əsrlər boyu davam edir və bir çox ölkələr üçün örnəkdir. Daha sonra çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanın model kimi qəbul edilən dövlət gənclər siyasətinin uğurlarından söz açaraq, iki ölkə arasındakı münasibətlərin inkişafında gənclərin də üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib. İGİB sədri bildirib ki, Azərbaycan və Gürcüstan münasibətləri tarixi dostluq, qardaşlıq və strateji əməkdaşlıq prinsiplərinə əsaslanır: "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan-Gürcüstan münasibətlərinin banisidir." Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovöz öz çıxışında Gürcüstan-Azərbaycan münasibətlərinin çoxşahəli olduğunu vurğulayıb və bildirib ki, Azərbaycanda yaşayan gürcülərlə mütəmadi görüşlər təşkil olunur və hər iki xalqın ortaq mədəni-dini bayramları yüksək səviyyədə qeyd olunur. Bu baxımdan mədəniyyətlərarası dialoq və iki ölkə gəncləri arasındakı əlaqələrin möhkəmləndirilməsi istiqamətində bugün də intensiv işlər aparılır. Əhməd Şahidov Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin yüksək intellektual səviyyəsindən və özünü ifadə təşəbbüslərindən söz açaraq, bu sahədə atılan addımları alqışlayıb. Tədbirdə çıxış edən milliyyətcə gürcü olan Simon Kopadze, Vasili Papava və digərləri Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin tarix boyu mövcud olduğunu və bugün də uğurla davam etdiyini vurğulayıblar. Bu iki xalqın hər zaman bir-birinə münasibətdə sadiqlik nümayiş etdirdiyini, bir-birini yaxından dəstəklədiyini diqqətə çatdıran natiqlər bu dostluq və qardaşlığın Qafqazda və digər regionlarda örnək sayıla biləcəyini bildiriblər. AMM Gənclər Təşkilatının rəhbəri Nərgiz Əliyeva öz çıxışında ikitərəfli əlaqələrinin nəinki iqtisadiyyat və strateji əməkdaşlıq sahəsində, eyni zamanda gənclər sahəsində də uğurla davam etdirildiyini vurğulayıb. N.Əliyeva qeyd edib ki, hər iki ölkənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondları arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində iki ölkə gənclər təşkilatları arasında müştərək layihələr, səfərlər, idman yarışları və tədbirlər təşkil olunmaqdadır: “Çox istərdik ki, bu tip layihələr sistematik və davamlı şəkildə həyata keçirilsin və iki ölkə gəncləri arasında körpü rolunu oynasın. Digər mühüm məsələ isə iki ölkənin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı səfərlər və görüşlərin keçirilməsidir”. Tədbirdə çıxış edən Kvemo Kartli bölgə Quberniyasının nümayəndəsi Anar Süleymanov, "Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova, Heydər Əliyev adına Azərbaycan Dram Teatrının rejissor və aktyorları, habelə Ağsaqqallar Şurasının nümayəndələri və digər şəxslər ikitərəfli əlaqələrin inkişafı istiqamətində görüləcək işlərlə bağlı dəyərli təkliflərlə çıxış ediblər. Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrdən Tural Ramazanov öz çıxışında iki ölkə gənclərinin ictimai fəallığından söz açıb, Gürcüstan və Azərbaycanla bağlı tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində gənclərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info