Marneuli sakinlərinə Gürcüstanın seçki sistemi barədə məlumat verilib
Tarix: 26.07.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri, hüquq elmləri magistri Əli Bədirov iyulun 25-də Marneuli sakinlərilə görüşüb.
Marneuli Mülki Məşğulluq Mərkəzində keçirilən görüşdə sakinlərə vətəndaşların, xüsusən də milli azlıqların seçki hüquqları, seçkilərdə iştirak, səsvermə qaydaları və təbliğat kampaniyasının təşkili barədə məlumat verilib.
Ə.Bədirov bildirib ki, bu gün milli mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı seçkilərdə sərbəst iştirak edə bilir. Vətəndaşlar konstitusiya hüququndan istifadə etməklə sərbəst şəkildə öz seçimlərini edə bilirlər. Gürcüstan qanunvericiliyi buna tam imkan verir və qanunvericiliklə bütün vətəndaşlara eyni şərait yaradılıb.
Görüşdə seçki sistemlərinin təkmilləşdirilməsi sahəsində Avropa ölkələri, eləcə də qonşu dövlətlərlə əməkdaşlıq, Venesiya komissiyasının tövsiyələri əsasında Seçki Məcəlləsində edilmiş dəyişikliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb, Ə.Bədirov gəncləri maraqlandıran sualları cavablandırıb.
“Seçkilərin media mərkəzi” layihəsi çərçivəsində təşkil edilən bu cür görüşlər davamlı olacaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
27.05.2019
“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib
27.05.2019
Əli Şamilin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info