Yanvar-iyunda vergi orqanları tərəfindən 521 görüş təşkil olunub
Tarix: 26.07.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Yanvar-iyun aylarında vergi orqanları tərəfindən vergiödəyiciləri ilə 375, bələdiyyələrlə 71, vergi dostları, şagird, tələbələr və metodiki kabinetlərdə isə 75 olmaqla, ümumilikdə 521 görüş təşkil olunub. Bu görüşlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 və ya 39,4 faiz çox olub.
“Vergiler.az” saytı bildirir ki, vergi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddətləri barədə vergiödəyicilərinin məlumatlandırılması məqsədilə hər ay üzrə “Yaddaş” və “Vergi təqvimi” hazırlanaraq Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilib və bir sıra KİV-lərdə yayımlanıb, eyni zamanda, vergiödəyicilərinin məlumatlandırılması üçün vergi orqanlarına göndərilib.
Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet saytının “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 1707 sual cavablandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 587 sual və ya 1,5 dəfə çox olub.
Bu ilin ilk yarısında vergiödəyicilərinə xidmət strukturları tərəfindən hesabat dövründə 39 min 43 vergiödəyicisinə ünvanlı xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə (7120) müqayisədə 5,5 dəfə çoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info