Vergilərin ən yüksək olduğu ölkə Belçikadır
Tarix: 26.07.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında işçilərin ən çox vergi ödədiyi ölkə Belçikadır. Burada işləyən şəxslər qazandıqları pulun 54 faizini vergi və fondlara üzvlük haqqı şəklində dövlətə ödəyirlər.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, ikinci və üçüncü yerləri Almaniya və Macarıstan tutur. Almaniyada işçilər öz qazandıqlarının 49,4 faizini, Macarıstanda isə 48,2 faizini dövlətə qaytarırlar.
2017-ci ilin hesabatına əsasən, OECD ölkələri üzrə fiziki şəxslərin gəlir vergisi orta hesabla onların illik qazanclarının üçdəbirindən azdır.
Üzv ölkələr arasında ön mövqedə Avropa dövlətləri dayandığı üçün burada bəzi ölkələrin vergi yükünün aşağı olduğu müəyyənləşdirilmişdir.
OECD üzrə göstəricisi nisbətən aşağı olan ölkələrin siyahısında Polşa (35,8 faiz), İrlandiya (27,1 faiz) və İsveçrənin (21,8 faiz) adı gəlir.
ABŞ (31,7 faiz), Avstraliya (28,6 faiz) və İsrail də (22,1 faiz) vergilərin az olduğu ölkələr sayılır. Ən az vergi tutan üzv ölkələrin siyahısının sonunda Meksika (20,1 faiz), Yeni Zelandiya (17,9 faiz) və Çili (7 faiz) gəlir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info