Şamaxının Dəmirçi kəndində abadlıq işləri aparılır
Tarix: 26.07.2017 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Şamaxının ucqar dağ kəndlərindən olan, Baş Qafqaz silsiləsinin ətəyində yerləşən Dəmirçi özünəməxsusluğu və təbii iqlim şəraiti ilə son vaxtlar turistləri özünə daha çox cəlb edir. Kənddəki evlər, eləcə də digər tikililər ustalıqla kəsilib-doğranan çay daşından hörülüb. Dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə yerləşən Dəmirçinin özünəməxsus təbiəti var. Ətraf aləmin dumanlı və çiskinli olduğu vaxtlarda kəndin səması adətən təmiz, günəşli olur. Dəmirçinin vaxtilə Bakı-Şabran–Şamaxı şəhərlərini birləşdirən qədim karvan yolunun üstündə yerləşməsi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası tərəfindən bu yaxınlarda antik-erkən orta əsrlər dövrünə aid nekropolun aşkar edilməsi, həm də turistlər üçün cəlbedicidir. Dəmirçidən İsmayıllının Lahıc qəsəbəsinə çəkilməkdə olan yol bu yerlərin böyük turizm potensialına malik olduğunu bir daha təsdiq edir. Qeyd edək ki, bu gün Dəmirçidə yenidənqurma və abadlıq işləri ilə əlaqədar yeni layihələr həyata keçirilir. Belə ki, Pirsaat çayı üzərində yeni körpü salınıb. Kəndin girişində 10 metr hündürlüyü olan rəmzi qala və çayla sərhəddə hasar tikilir. Misgərlik və dəmirçi emalatxanalarının, çayxanaların, iki ədəd təndirxananın, suvenir mağazasının inşası davam etdirilir. Kəndin mərkəzi küçəsində 500 kvadratmetr əraziyə çay daşı döşənib, evlərin dam örtüyü dəyişdirilib, küçəboyu sakinlərin hasar və təndirxanaları təmir olunub. Qeyd edək ki, kənddə yeni məscidin tikintisi də nəzərdə tutulub. Əlbəttə, bu gün 155 nəfərin yaşadığı Dəmirçidə görülən işlər bu yerləri turistlər üçün daha görməli, gəzməli bir məkana çevirəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info