Bir aya yaxın müddətdə Bakı-Batumi avtobus reysi ilə 522 sərnişin daşınıb
Tarix: 26.07.2017 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Bir aya yaxın müddətdə yeni açılan Bakı-Batumi avtobus reysi ilə 522 sərnişin daşınıb. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib. O bildirib ki, iyun ayının 30-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayıb. Avtobuslar Bakı vaxtı ilə saat 18:00-da yola düşür, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 10:00 radələrində çatır. Y.İsakovun sözlərinə görə, iyul ayının 24-ə kimi bu marşrut üzrə 12 reys həyata keçirilib, 522 sərnişin mənzil başına çatdırılıb. 102 nəfər - sərnişinlərin 20 faizi, biletləri onlayn qaydada əldə edib. “Gediş qiyməti 40 manat təşkil edir. Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər. Avtobuslar kondisioner və “Wi-Fi” sistemi ilə təchiz olunub. Yolboyu sərnişinlərə çay və qəhvə təklif olunur. Yükə görə vəsait ödəmək tələb olunmur. Sərnişinlərə biletləri əvvəlcədən almaq tövsiyə olunur”, - deyə Y.İsakov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
İqtisadiyyat naziri və müavinləri vətəndaşları qəbul edəcəklər
20.06.2019
Göygöldə 29 sahibkara 781 min manat güzəştli kredit verilib
20.06.2019
AtaBank NETTY 2019 mükafatınıqazandı
20.06.2019
“Azeri Light”ın bir barreli 63,47 dollara satılır
20.06.2019
Bu Komitənin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info