UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı
Tarix: 26.07.2017 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib. Proqrama “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstərici – 80 baldan yuxarı olan və ingilis dili biliyi ən azı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər. 2017/18-ci tədris ilindən başlayacaq proqrama qəbul olan magistrlər ilk semestri UNEC-də başa vuraraq, ikinci semestr MRU-də təhsil alacaqlar. 3-cü semestrdə UNEC-də təcrübə və tədqiqat, 4-cü semestrdə isə həm UNEC-də, həm də MRU-da tədqiqat və diplom müdafiəsində olacaqlar. Müdafiə işləri hər iki tərəfin iştriakı ilə “Skype” vasitəsi ilə aparılacaq Hər iki universitetin professorlarının rəhbərliyi altında magistr dissertasiyalarını uğurla müdafiə edən magistrlərə UNEC-in müvafiq ixtisas üzrə diplomu və diploma əlavəsi ilə yanaşı, MRU-nun “Maliyyə Bazarları” ixtisası üzrə magistr diplomu ilə diploma əlavəsini də təqdim olunacaq. Qeyd edək ki, MRU UNEC-in ikili diplom proqramı həyata keçirdiyi 4-cü Avropa İttifaqına üzv ölkənin universitetidir. Bu sahədə kifayət qədər təcrübəsi olan UNEC son 3 ildə tələbələrə London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, eyni zamanda İsveçrənin UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin diplomalarını almaq imkanı verir. Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universitetində 38 ölkədən təxminən 10 000 tələbə təhsil alır. Universitetin 2 fakültəsi Vilnüs və Kaunas şəhərində yerləşir. Universitetdə əcnəbi tələbələr üçün Sosial Elmlər sahəsində ingilis dilində bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil verilir. MRU Avropa Universitetləri Birliyi (EUA) və Beynəlxalq Universitetlər Birliyi (IAU) daxil olmaqla, müxtəlif dünya universitet təşkilatlarında fəaliyyət göstərir. MRU xaricdə 300-dən çox universitet, dövlət və özəl qurumlarla beynəlxalq əməkdaşlıq qurub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info