Ticarət savaşı: Avropa ABŞ-ın son sanksiyalarından narazıdır
Tarix: 26.07.2017 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Avropalılar hesab edir ki, yeni qanun onların biznesinə zərbə vuracaq. İlkin hesablamalara görə, avropalılar ruslarla birgə 8 enerji layihəsinə son qoymalıdır
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var. Səsvermənin nəticələri onu göstərir ki, prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə (Senatın təsdiqindən sonra), Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq. Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər. Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir. Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi. ABŞ dövlət katibi Reks Tillerson hesab edir ki, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyaların götürülməsi üçün Rusiya hələ çox iş görməlidir. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib. O, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Rusiya əleyhinə sanksiyalar üzrə qəbul edilən qanun layihəsini şərh etməkdən imtina edib. Xezer Nauert Rusiyaya qarşı sanksiyalar məsələsində dövlət katibinin qətiyyətli mövqe tutduğunu bildirib. Hesab edirik ki, Moskva sanksiyaların tətbiqinə səbəb olmuş təxribatçı əməllərinə son qoymayanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Tillerson hesab edir ki, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyaların götürülməsi üçün Rusiya hələ çox iş görməlidir”, - deyə Xezer Nauert bildirib. Amma Konqresin sanksiya qərarı təkcə Rusiyada narazılıq yaratmayıb. Avropa İttifaqına üzv dövlətlər ABŞ-ın sanksiya qərarından kəskin şəkildə narazılıq ifadə ediblər. Brüssel hesab edir ki, sanksiyalar məsələsi enerji siyasətinə təsir edə bilər. Məsələ ondadır ki, sanksiyalar Rusiyanın qaz layihələrinə də şamil ediləcək. “The Washington Post” yazır ki, hətta “Şimal axını-2” layihəsinin əleyhinə olan qüvvələr belə sanksiyalardan narazıdır. Məsələ ondadır ki, sanksiyalar altına Rusiyanın qaz kəmərləri layihələrini maliyyələşdirən Avropa şirkətləri də düşəcək. Avropa dövlətləri hesab edir ki, bu sanksiyalar qitənin enerji maraqlarına uyğun deyil. “Bruegel” araşdırma mərkəzi hesab edir ki, qəbul edilən qanunda ABŞ-da yeni iş yerlərinin yaradılması üçün enerji resurslarının ixracına dəstək də ifadə olunub. Mərkəz hesab edir ki, Vaşinqton burada öz enerji maraqlarını da nəzərə alaraq avropalıları sıxılmış qaz almağa vadar etmək istəyir. Ötən ay Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel və Avstriyanın xarici işlər naziri Kristian Kern açıq məktubla çıxış etmişdilər. Onlar məktubda qeyd etmişdilər ki, qaz layihələrində, o cümlədən “Şimal axını -2” layihəsində iştirak edən Avropa şirkətlərinə cərimələr tətbiq edilməsi Amerika-Avropa münasibətlərinə tamamilə yeni “çox neqativ” keyfiyyət qatacaq. Avropalılar hesab edir ki, yeni sanksiya qanunu onların biznesinə zərbə vuracaq. İlkin hesablamalara görə, avropalılar ruslarla birgə 8 enerji layihəsinə son qoymalıdır. Bu isə külli miqdarda vəsaitin itirilməsi deməkdir. Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib ki, sanksiya məsələsi geniş şəkildə müzakirə ediləcək. Çünki sanksiyalar Avropa şirkətlərinin Rusiya ilə birlikdə üçüncü ölkədə iş görməsini də əngəlləyir. Müzakirələr Avropa Komissiyasının sədr müavini Şefçoviç və enerji-iqlim məsələləri üzrə komissar Miqel Kante tərəfindən aparılacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info