Azərbaycanın “ASAN xidmət” modeli dünya mətbuatında
Tarix: 27.07.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


İyulun 24-dən 26-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, səfər zamanı Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Ölkəmizin nümayəndə heyətinin İndoneziyaya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelini seçməsi bu ölkənin aparıcı mətbu orqanlarında əsas mövzularından birinə çevrilib və geniş işıqlandırılıb.
Belə ki, İndoneziyanın nüfuzlu mətbu orqanlarında “ASAN xidmət” modeli və onun uğurları xüsusi yer alıb, “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülməsi vurğulanıb.
Bundan başqa, dərc olunan məqalələrdə İndoneziya və Azərbaycan əməkdaşlığının əhəmiyyətindən bəhs olunub, imzalanan Anlaşma Memorandumunun qarşılıqlı əməkdaşlığın inkişafı, xüsusilə də ictimai xidmətlərin təkmilləşdirilməsi sahəsində uğurlu addım olduğu bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info