Gender bərabərliyi ilə bağlı region gəncləri maarifləndirilir
Tarix: 27.07.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi davam edir.
“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.
Layihə çərçivəsində “Multipleyer”lərin formalaşdırılması üçün “Təlimçilər üçün Təlim” başa çatıb. Bu təlimlərdə mövzu üzrə geniş məlumatlar verilib, müxtəlif qrup işləri həyata keçirməklə, onlara nəzəri biliklərin əldə olunmasından sonra praktiki bacarıqların verilməsi təmin olunub.
Təlim iştirakçıcı və multipleyer Pərvin Qasımov öz fikrini bölüşüb. "Seçdiyimiz mövzu həm aktuallığı baxımından, həm vacibliyi baxımından çox önəmli bir mövzudur. Ümid edirəm ki, bu problemin həlli istiqamətində bir çox dəyişikliklərə nail olacayıq". 
Təlimin növbəti iştirakçısı Tural Abdullazadə qeyd edib ki, "Təəssüf ki, yaşadığımız cəmiyyətdə elə hallar olur ki, qadınlara qarşı ayrı-seçkilik bəzən normal bir hadisə kimi qəbul edilir. Bu təlim görüb amma dərk etmədiklərimizi bizə çatdırdı. İndi bizim üzərimizə məsuliyyət düşür ki, bildiklərimizi və öyrəndiklərimizi cəmiyyətlə bölüşək".
Təlimlər nəticəsində seçilmiş gənc “Multipleyer”lər tərəfindən Bakı və ölkənin müxtəlif regionlarında cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini, onların dəyərini vurğulamaq məqsədilə təlimlərə start verilib. 24-29 iyul tarixlərində keçirilən təlimlər Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edib. Qeyd olunan regionlarda ümummillikdə 180 gənc kişinin iştirakı ilə 9 təlim keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info