Nəsimidə xüsusi qayğıya ehtiyacı olan uşaqların istirahəti təşkil edilib
Tarix: 27.07.2017 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.
Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı, yaddaqalan olması üçün onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam edir.
Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir.  Rayonda fiziki imkanları məhdud  olan uşaqların  tətil günlərini maraqlı etmək üçün tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.  
Növbəti tədbir - Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən  sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün PİTA Şaurmada əyləncəli istirahət axşamı təşkil edilib. Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilib, həmçinin hədiyyələr təqdim edilib.
Ümumiyyətlə, Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban  Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  uşaqlarla söhbət zamanı dövlətimiz tərəfindən onların  təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqların sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb. Qeyd edilib ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir. Görüşdə ulu öndərin adını daşıyan Fondun vitse- prezidenti Leyla Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqların hər zaman yanında olduğu xüsusi vurğulanıb.
Daha sonra  uşaqlar  bu istirahət məkanında yay mövsümünün ovqatını duyublar, müxtəlif mahnılar, rəqslər ifa edib, məharətlərini göstəriblər.
Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxıb, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə  və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildiriblər.

 
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info