Etibar Nəcəfov: “Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biridir”
Tarix: 27.07.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda Beynəlxalq multikulturalizm yay və qış məktəbləri Prezident İlham Əliyevin təşəbbüsü ilə 2014-cü ildən keçirilir. Builki Beynəlxalq multikulturalizm yay məktəbinin böyük əhəmiyyəti var və sayca beşincidir. Bu gün Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunur. Bu baxımdan Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri bütün dünyaya çatdırmaqda belə tədbirlər çox böyük rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfov Qaxda jurnalistlərə müsahibəsində söyləyib.
Ötən illərki tədbirlərdən fərqli olaraq, builki yay məktəbinin keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə yanaşı, UNESCO, Azərbaycanın Gənc Dostları Klubu, “Erasmus+” və “ALADDİN layihəsi” təşkilatlarının da yaxından iştirak etdiklərini diqqətə çatdıran Etibar Nəcəfov deyib: “Yay məktəbində 26 ölkədən 60-dək tələbə, magistr və alim iştirak edir. Tələbələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmi fənnini öyrəniblər. Hazırda bu gənclər nəzəri şəkildə öyrəndikləri, əldə etdikləri bilikləri Azərbaycan gerçəkliyində öz gözləri ilə görür, canlı şahidi olurlar”.
Etibar Nəcəfov Azərbaycan həqiqətlərinin, ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərin təbliğində, dünyaya çatdırılmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info