Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayı artır
Tarix: 27.07.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur.
Trend-in məlumatına görə, əsgərlərin yaxın qohumları və dostlarının feysbuk sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub. Məlumata əsasən, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin (feysbukda paylaşılan məlumata görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında “dedovşina” hallarının artması göstərilir.
Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək onların “botinka”larını təmizləməyi tələb etmişlər.
Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün feysbuk səhifəsində məlumat paylaşıb. O bildirib ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərkən Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan K.Akopyan hospitala yerləşdirilib.
Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşdığı məlumatda bildirib ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 hərbçi hospitala yerləşdirilib.
Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurgen Petrosyan adlı istifadəçi edib. O bildirib ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o artıq üçüncü dəfədir ki, hərbi hissəni özbaşına tərk edərək Yerevana qaçıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info