BANM-in 25 məzunu “SOCAR-Türkiyə” şirkətinin müəssisələrində işləyəcək
Tarix: 27.07.2017 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) “SOCAR-Türkiyə” şirkətinin “STAR Refinery” və “Petkim” müəssisələrində işləyəcək 25 məzunu ilə görüş keçirilib. Bu barədə BANM-dən məlumat verilib.
Görüşdə rektor Elmar Qasımov “SOCAR-Türkiyə” şirkəti tərəfindən iş imkanı qazanan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Məzunlara tövsiyələrini verən rektor qeyd edib ki, tələbələrin ali məktəbdə qazandıqları bilik və təcrübə onların gələcək karyeralarında təməl rolunu oynayacaq. “Bu layihə Azərbaycan ilə Türkiyə arasında bir dostluq nümunəsidir. Fəxr edirəm ki, Bakı Ali Neft Məktəbinin məzunları regionun ən nüfuzlu şirkətlərindən birində çalışacaqlar”, - deyə E.Qasımov bildirib.
Daha sonra “SOCAR-Türkiyə” şirkətinin mütəxəssisi Leyla Axundzadə Türkiyədə iş prosesi və qaydalar barədə ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info