Binəqədidə “Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib
Tarix: 27.07.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə “28 iyul Beynəlxalq Hepatitlə Mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavinləri, bələdiyyə üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və Gənclər Birliyinin üzvləri və Asan könüllüləri iştirak edib. Tədbiri giriş sözü ilə açan M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Ayla İbrahimova tədbirin vacibliyini vurğulayarq, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı Hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmağa çağıraraq 2010-cu ildə WHA63.18 saylı qərarla 28 iyul tarixini Beynəlxalq Hepatitlə mübarizə günü elan edib. Daha sonra çıxış edən Binəqdi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev keçirilən tədbirin önəmidən danışaraq belə maarifləndirici tədbirlərin davamlı keçirilməsini, gənclərin aktiv olmasını qeyd ediblər. Tədbir seminarla davam edib. Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim qastroenteroloq-hepatoloqu Cəmil Kamilli hepatit viruslarının növləri, əlamətləri, yoluxma yolları, xəstəlyin müayinə və müalicəsi, hepatit viruslarına qarşı profilaktik tədbirlər və qorunma yolları haqqında məlumat verib. Qeyd edək ki, tədbirdən öncə M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan bir qrup gəncin müayinəsi həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info