Rusiya və Çin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək
Tarix: 28.07.2017 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Bu gün həm Rusiyanın, həm də Çinin kibertəhlükəsizlik sahəsində məqsədləri oxşardır və bunun həyata keçirilməsi istiqamətində bir çox məqamlarda eyniyyət təşkil edən mövqeləri var”. Bu fikirləri jurnalistlərə verdiyi açıqlamada Rusiya prezidentinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Andrey Krutskix bildirib. O, qeyd edib ki, mövqe yaxınılığını Təhlükəsizlik Şurası katibliyi səviyyəsində keçirilən müşavirə də təsdiqləyib. Krutskixin sözlərinə görə, kiberməkan silah yarışmasını istisna edir. Eyni zamanda, dövlətlərarası münaqişələrin qarşısının alınması, dövlətlərin maksimal danışıqlar prosesinə cəlb edilməsi üçün kibertəhlükəsizlik hamı üçün bərabər olmalıdır.
Rusiya rəsmisi, məsləhətləşmələr zamanı bir çox ölkələrə öz təhlükəsizliyini əməkdaşlıq prinsipləri əsasında qurmaq təklifi edildiyini bəyan edib.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti Pekinə izgüzar səfərə gəlib. Səfər çərçivəsində tərəflər iki ölkə arasında sosial təminat mexanizmi sahəsində strateji sabitlik məsələləri, həmçinin BRICS ölkələri
Qeyd edək ki, Andrey Krutskix BRICS-in bu ilin senttyabrında keçiriləcək zirvə toplantısında kiber sahəsində razılığa gələ biləcəyini də rəhbərlərinin qarşıda gözlənilən görüşü barədə məsləhətləşmələr aparıblar. istisna etməyib: «Rusiya və Çinin kibertəhlükəsizlik sahəsindəki səfərbərliyi BRICS üzvlərinin faktiki birgə əməkdaşlığı üçün geniş yollar aça bilər». Krutskixə görə, BRICS ölkələrinin belə bir təşəbbüsünə dünyanın bir çox ölkələri də biganə qalmayacaq. Belə ki, onlar bunu təkcə müşahidəçi kimi izləməyəcəklər və bu razılaşma sonra bütün digər ölkələrlə təkrar oluna bilər: «Təbii ki, burada söhbət təkcə hərbi-siyasi kiberittifaqdan deyil, kiberhücumlar nəticəsində bir-birinə kömək etmək və bu hücumların qarşısının alınmasından gedir. Buna görə də, bu müqavilələr Qərb ölkələri ilə yanaşı, inkişaf etməkdə olan ölkələr üçün də açıqdır. Bizim ümumi məqsədimiz kibertəhlükəsizliyi təmin etmək və bu sahəyə qanunsuz müdaxilənin qarşısını almaqdır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info