Avropa daxilində “yeni avropalılar”ın üsyanı
Tarix: 28.07.2017 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Miqrant qəbulundan imtina edən Polşanın məhkəmə islahatları Avropa İttifaqında narazılıq yaradıb

Macarıstanın baş naziri Viktor Orban: “Polşaya qarşı inkvizatorsayağı kampaniya uğur gətirə bilməz. Macarıstan Avropa İttifaqı daxilindəki bütün leqal hüququndan istifadə edərək Polşa ilə həmrəylik nümayiş etdirəcək”. Polşanın baş naziri bildirib ki, əhalinin 80 faizi islahatları dəstəkləyir
Son vaxtlar Avropa daxilində baş verən hadisələr inteqrasiya prosesində müəyyən problemlər olduğunu deməyə əsas verir. Britaniyanın ittifaqı tərk etməsindən sonra bəzi Mərkəzi-Şərqi Avropa ölkələrinin miqrant qəbulu ilə bağlı Brüsselin müəyyən etdiyi kvotadan imtina etməsi mərkəzlə münasibətlərdə problemlərin ciddiləşdiyini göstərir. “Yeni avropalılar” adlandırılan bəzi dövlətlər, əsasən də Polşa dərin inteqrasiyaya qarşıdırlar. Polşada hesab edirlər ki, Avropa İttifaqı daxilində inteqrasiyanın dərinləşməsi milli suverenliyin məhdudlaşmasına gətirib çıxarır. Amma ittifaqın daxilində olduqlarına görə ümumi siyasəti dəyişə bilmədiklərindən iki çıxış yolu qalır – ya qərarı qəbul etmək, ya da ona əməl etməkdən yayınmaq. Amma Polşa “yeni avropalı” kimi başqa yol seçib – ittifaqın üzvü qala-qala nə istəyirlər, onu da edirlər. Buna görə də Polşanın həyata keçirdiyi siyasətə qarşı bəzi siyasi dairələr üsyan adlandırır. Hesab edilir ki, Varşava Avropa İttifaqı daxilində mədəni əks-inqilab həyata keçirir. Miqrant qəbulundan imtina edən polyaklar dövlətin bir çox sahəyə, o cümlədən mətbuata nəzarətini gücləndirən qanunlar qəbul ediblər. Məhkəmə sistemində son islahatlar paketi isə qızğın müzakirə və narazılıq yaradıb. Brüsseldə hesab edirlər ki, məhkəmə sistemində aparılacaq islahat dövlətin bu orqana nəzarəti üçündür. Ölkənin ədliyyə nazirinin aşağı məhkəmə orqanlarına nəzarət etmək hüquq olacaq. Ədliyyə naziri Zbiqnev Zebro hesab edir ki, hakim partiyanın məhkəmə sisteminə nəzarəti dərinləşdirmək hüquq var. Çünki Polşa “məhkəmə dövlət yox, demokratiyanın olduğu dövlətdir”. Təbii ki, Polşanın bu mövqeyi Avropa İttifaqı tərəfindən narazılıqla qarşılanıb. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib ki, onlar birlik daxilində qanunun aliliyini qoruyacaqlar. Avropa Parlamentində Avropa Xalq Partiyasının lideri olan Manfred Veber hesab edir ki, bu addımla Polşa hökuməti Avropa dəyərlərindən, demokratiyadan uzaqlaşmış olur. Avropa Komissiyası Polşaya bir ay vaxt verib. Əgər, islahatlar qəbul edilərsə və buna uyğun olaraq hətta bir hakim olsa belə, işdən azad olunarsa Varşava cəzalanacaq. Yunker və onun müavini Frans Timmermans Avropa İttifaqı haqqında müqavilənin 7-ci bəndinə işarə ediblər. Buna əsasən Polşanı ittifaq daxilində səsvermə hüququndan məhrum edə bilərlər. Amma burada bir məqam var ki, həmin qərarı qəbul etmək üçün yekdillik lazımdır. Bu isə çətin ki, mümkün olsun. Məsələ ondadır ki, Macarıstan indidən Polşanın tərəfində olacağını elan edib. Macarıstanın baş naziri Viktor Orban: “Mən açıq şəkildə bildirərəm ki, Macarıstan öz milli maraqları baxımından qərar qəbul edəcək. Polşaya qarşı inkvizatorsayağı kampaniya uğur gətirə bilməz. Macarıstan Avropa İttifaqı daxilindəki bütün leqal hüququndan istifadə edərək Polşa ilə həmrəylik nümayiş etdirəcək”. Polşanın baş naziri bildirib ki, əhalinin 80 faizi islahatları dəstəkləyir. Avropa İttifaqının rəhbəri, polyak Donald Tusk bildirib ki, islahatlar paketi Polşanı geri aparır. Polşa dövlət başçısı Angey Duda isə məhkəmə sistemi ilə bağlı üç qanun layihəsindən ikisinə veto qoyub. Hökumət bu vetodan narazı qalsa da artıq gecdir. Hakim partiyanın təmsilçisi olan Duda da islahatları dəstəkləyir. Amma müəyyən dəyişiklik edilməsini vacib sayır. Məsələn, Duda hesab edir ki, hakimlərin təyinatı parlament çoxluğunun qərarı ilə yox, səslərin 60 faizdən çoxunun səsi ilə olmalıdır. Artıq Duda tərəfindən yeni layihə hazırlanıb və orada Ali Məhkəmənin səlahiyyətlərinin genişlənməsi nəzərdə tutulub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info