İki il ərzində neftin qiyməti 50 dollar civarında olacaq
Tarix: 28.07.2017 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


İngiltərə Mərkəzi Bankının işçiləri əməkhaqlarındakı azalma ilə bağlı iyulun 31-də dördgünlük aksiyaya başlayacaqlar. Unite konfederasiyası Londondakı Mərkəzi Bankın binasının "fəaliyyətsiz vəziyyətə gələcəyini" açıqlayıb. Mərkəzi Bank 50 ildən çox bir müddət ərzində ilk dəfədir ki, belə tətillə qarşı-qarşıyadır. Bank tətilə qarşı ehtiyat planın olduğunu açıqlayıb. Bankın 4 min işçisindən neçəsinin tətilə qatılacağı bilinmir. Tətil etmək qərarına konfederasiyanın keçirdiyi səsvermə zamanı işçilərin 95 faizi dəstək verib. Konfederasiyanın Bankın işçilərinə maaşla bağlı təklifi narazılıqla qarşılanıb. Mərkəzi Bank məsələ ilə bağlı yaydığı açıqlamada qeyd edib ki, konfederasiyanın keçirdiyi səsvermədə işçilərin cəmi 2 faizi iştirak edib: “Əgər tətil reallaşsa, Bankın işinə mane olmaması üçün plan var. Konfederasiya ilə danışıqları davam etdirəcəyik".

Neft şirkətləri yüksək mənfəət əldə edəcəklər
Bu arada qeyd edək ki, böyük neft şirkətləri, xam neft qiymətlərinin aşağı səviyyədə olmasına baxmayaraq, qazanc əldə etməkdə davam edirlər. Mütəxəssislərin hesablamalarına görə, “Exxon”, “Shell”, “Chevron”, “Total” və “BP” kimi enerji nəhəngləri daha yüksək mənfəət əldə edəcəklər. Enerji şirkətləri xam neft qiymətlərinin 50 dollar səviyyəsində olduğu zaman belə nağd vəsaitlərini daha optimal idarə etməyi öyrəniblər. “Bloomberg” tərəfindən hazırlanan analitik hesablamalarına görə, “Exxon Mobil” və “Royal Dutch Shell”in mənfəəti iki dəfədən çox artacaq. Brent markalı xam neftin qiymətinin də artacağı proqnozlaşdırılır. “Chevron” və “Total”ın da illik qazanclarını üçüncü rübdə artıracağı gözlənilir.

Ucuz neft qiymətlərinə uyğunlaşmaq lazımdır


Böyük neft şirkətləri, xam neftin qiymətinin 50 dollar səviyyəsində olması ilə yaşamağı öyrənirlər. Enerji sektorunun nəhəngləri qiymətlərin ən azı on il belə davam edəcəyini güman edirlər. Ancaq Sanford C. Bernsteinın hazırladığı son analizə görə enerji sektorunda pul vəsaitlərinin hərəkəti gücləndiyi üçün bu vəziyyət dəyişə bilər. İstanbuldakı 22-ci Dünya Neft Konqresinə qatılan “BP”-nin baş direktoru Bob Dudley deyib ki, xərclərlə bağlı çox intizamlı davranmalı və qiymətlərin artacağını düşünməməliyik: “100 dollarlıq neft illəri ancaq bir yayınma vəziyyətində geri dönə bilər. Əvvəllər neftin qiyməti 40 dollar olarkən belə, pul qazanardıq. 25 dollarlıq neftlə də pul qazanırdıq". Bernstein analitiki Oswald Clint müştərilərinə göndərdiyi hesabatda qeyd edir ki, Avropanın yeddi böyük neft şirkəti, dividendlər və kapital xərclərini qarşılayacaq qədər vəsait yığa bilib. Clint bu il və 2018-ci il üçün neftin qiymətinin 50 dollar olacağını proqnozlaşdırıb.
“Bloomberg”in məlumatına görə, Avropanın ən böyük ikinci neft şirkəti olan “Total”, bu il neft qiymətlərinin 50 dollar ətrafında olması halında xərclərini qarşılaya biləcək. “Exxon” və “Shell” isə neftin orta qiymətinin 55 dolları aşmasıyla ilk rübdə nağd ödənişləri reallaşdıra bilib.
Enerji sektorunda istehsalçıların milyardlarla dollarlıq sərmayə xərcləmələrində “kəmər sıxmağa” getməsinə baxmayaraq, “BP”-nin Şimal dənizindəki və “Eni”nin Afrikadakı layihələri davam edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) bu ay yaydığı açıqlamalara görə, neft və təbii qaz axtarış və istehsal layihələrində diqqət çəkəcək xərclərin olacağı gözlənilir. İnvestorlar isə hələ ehtiyatlı davranırlar.
“Bloomberg” tərəfindən hazırlanan məlumatlara görə, dünya enerji sektoru indeksi bu il 9 faiz nisbətində düşərkən, indeksi meydana gətirən 90 şirkət 218 milyard dollar bazar dəyərini itirib. Enerjidə "Böyük beşlik" olaraq xarakterizə edilən, “Exxon”, “Shell”, “Chevron”, “Total” və “BP”-nin səhmləri 10 faizdən çox düşüb. Bütün bu mənfi cədvələ baxmayaraq, ekspertlər şirkətlərin sərvətlərini artıracağını proqnozlaşdırırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info