Parlament amnistiya aktı ilə bağlı müraciətə mayın 7-də baxacaq
Tarix: 01.05.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Milli Məclisin növbəti iclası keçirilib. Sədr Oqtay Əsədov iclası açaraq bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib. Həmin müraciətə Milli Məclisin mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclasında baxılacaq. Sonra cari məsələlərə baxılıb.
O.Əsədov Avropa Parlamentinin bir qrup deputatının, o cümlədən Fransadan, Kiprdən və digər ölkələrdən olan deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərini qətiyyətlə pisləyib. Bununla bağlı Avropa Parlamentinin sədri Martin Şultsa məktub göndərəcəyini vurğulayan O.Əsədov bu məsələyə hər kəsin, bütün vətənpərvər qüvvələrin, deputatların münasibətini bildirməsini, Avropa Parlamentinə, üzv ölkələrin parlamentlərinə müraciətlər ünvanlamalarının vacibliyini qeyd edib. Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Seçki Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, prezident, parlament və ya bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermə günü bayram gününə təsadüf etdikdə, Mərkəzi Seçki Komissiyası səsverməni həmin ayın başqa gününə təyin edəcək. Digər dəyişiklikdə isə deyilir ki, qanuna uyğun olaraq seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatacaq. Bələdiyyələr üzrə təkrar seçkilər səsvermə baş tutmadıqda və ya etibarsız sayıldıqda, eləcə də bələdiyyə ərazilərində aparılmış dəyişikliklər nəticəsində səsvermə hüququna malik şəxslərin sayı 25 faizdən çox azaldıqda təkrar seçkilər keçiriləcək. Layihə səs çoxluğu ilə təsdiqlənib. Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər olunub. Bu dəyişikliklərlə saxta kredit və ya hesab kartlarını, həmçinin başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satmaya görə cəzalar daha da sərtləşdirilib.
Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliyə əsasən, qanunsuz abort etmə, böhtan və təhqir, şəxsi həyatın, mənzilin, eləcə də hüquqi şəxslərin binalarının toxunulmazlığını pozma, insan alverindən zərər çəkmiş şəxs haqqında gizli məlumatları yayma, oğurluq, dələduzluq, özbaşınalıq halları, vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma, əxlaqsızlıq yuvaları saxlama və s. bu kimi qanunsuzluqlara görə də cəza tədbirləri sərtləşdirilib, cərimələrin miqdarı artırılıb. Parlamentdə İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilib. İclasda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Nəşriyyat işi haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Əmək pensiyaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət sirri haqqında” qanunlara da dəyişikliklər olunub. İş gününün yekununda “Gömrük tarifi haqqında” qanunun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
QORQUD




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info