Şərurda “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil edilib
Tarix: 28.07.2017 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında festival təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festivalda muxtar respublika səviyyəli müsabiqələrdə Şərur rayonunun 12 ən yaxşı dərnək üzvü və 8 ən yaxşı dərnək rəhbəri diplomlara layiq görülüb.

Diplomları qaliblərə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov təqdim ediblər.

Açıq səma altında təşkil olunan tədbirdə aparıcılar qeyd ediblər ki, muxtar respublikada uşaqların sağlam, bilikli, vətənpərvər böyümələri üçün geniş imkanlar mövcuddur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bölgədə uğurla həyata keçirilir. Uşaqların hərtərəfli inkişafının təmin olunması, yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi daim diqqət mərkəzindədir. Belə ki, hər il muxtar respublikada ümumtəhsil müəssisələri üçün yeni binalar tikilir, məktəblərin maddi-texniki bazası möhkəmləndirilir, tədris ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunur, açıq və örtülü idman qurğuları yaradılır. Bunu Şərur rayonunun timsalında da aydın görmək olar. Son illər Şərur rayonunda 44 ümumtəhsil məktəbi, Fizika-Riyaziyyat Təmayüllü Lisey, Texniki-Peşə və Sürücülük Məktəbi, uşaq-gənclər idman və şahmat məktəbləri üçün yeni binaların tikilməsi bunun bariz ifadəsidir. Rayonda fəaliyyət göstərən 6 məktəbdənkənar müəssisə də hərtərəfli qayğı əhatəsindədir.

Sonra rayon Təhsil Şöbəsinin əhatə etdiyi məktəbdənkənar müəssisələrə cəlb edilmiş istedadlı uşaqların hazırladıqları əl işləri – rəsm, toxuma, tikmə, dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilib, uşaqlardan ibarət yallı qruplarının çıxışları olub, bir-birindən maraqlı mahnılar, saz havaları səsləndirilib. Uşaq və yeniyetmələr şahmat taxtası arxasında yarışıb, idman və bədii gimnastika bölmələrinin üzvləri bacarıqlarını nümayiş etdiriblər.

Yüzlərlə rayon sakininin tamaşa etdiyi festival beynəlxalq müsabiqələr laureatı olan Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblının çıxışı ilə başa çatıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info