Rusiyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin 1-ci Tibb Forumu
Tarix: 01.05.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Moskvada Rusiyada fəaliyyət göstərən azərbaycanlı həkimlərin 1-ci Tibb Forumu keçirilib. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təşkilatçılığı, Azəbaycanın Səhiyyə, İdman və Gənclər nazirlikləri, İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən forumda səhiyyə naziri Oqtay Şirəliyev, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiyanın baş uşaq onkoloq cərrahı, akademik Məmmədbağır Əliyev və Rusiyada tibb sahəsində çalışan azərbaycanlı gənc həkimlər iştirak ediblər. Forumu giriş sözü ilə açan RAGT-nin İdarə Heyətinin üzvü Emin Hacıyev tədbirin keçirilməsində dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.
Səhiyyə naziri Oqtay Şirəliyev çıxışında Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlardan, Polad Bülbüloğlu isə Azərbaycan və Rusiya səhiyyələ orqanları arasında uzun illər davam edən sıx əməkdaşlıq münasibətlərindən danışıblar. Birinci Moskva Dövlət Tibbi Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Pyotr Litvitski çıxışında Azərbaycanda həyata keçirilən səhiyyə islahatlarından söz açıb. Azərbaycanda səhiyyə sahəsində dövlət proqramının uğurla həyata keçirildiyini söyləyən prorektor ölkədə orta ömür müddətinin əhəmiyyətli dərəcədə artdığını və uşaq ölümü kimi neqativ halların azaldığını bildirib. ÜAK prezidenti, akademik Məmmədbağır Əliyev və Lomonosov adına Moskva Dövlət Universtetinin tibbi-elmi təhsil mərkəzinin direktoru, prorektor Yuri Belenkov çıxışlarında RAGT-nin I Tibb Forumunun əhəmiyyətindən danışıblar. Yüzdən çox gənc həkimin və 50-dən çox qonağın qatıldığı forum çərçivəsində Azərbaycanın və Rusiyanın səhiyyə sahələrində tanınmış ekspertlər və mütəxəssislərin iştirakı ilə mühazirələr və panellər keçirilib.





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info