ARDNF-nin vəsaitləri 57,5 mlrd. manata çatır
Tarix: 28.07.2017 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


2017-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaiti ilin əvvəlinə nisbətən 1 mlrd. 643,9 mln. dollar (büdcədənkənar gəlirlər 1 mlrd. 288,8 mln. dollar daxil olmaqla) və ya 4,96%-ə qədər artaraq 34 mlrd. 790,9 mln. dollar təşkil edib. Bu barədə Hesablama Palatası tərəfindən hazırlanan ARDNF-nin gəlir və xərclərinin icra vəziyyəti haqqında təhlilində deyilir. Təhlilə əsasən, 2017-ci ilin 6 ayı ərzində Fondun gəlirlərinin ümumi həcmi 6 mlrd. 127,2 mln. manat və yaxud 3 mlrd. 504,7 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8 mlrd. 370,6 mln. manat) 73,2% səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5 mlrd. 533,8 mln. manat və ya 3 mlrd. 149,6 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14 mlrd. 483,9 mln. manat) 38,2% səviyyəsində icra edilib.
Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1 mlrd. 288,8 mln. dollar təşkil edib, həmin dövr ərzində isə ABŞ dolları ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.
2017-ci ilin ilk yarımilliyində Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur. Gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.
Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2% icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 dollar həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53 dollar təşkil etməsi olub.
Ümumilikdə isə manat ifadəsilə Fondun vəsaitləri 01.07.2017-ci il tarixə 57 mlrd. 474,2 mln. manat təşkil edib.
Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2% icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7,5 mlrd. manat) 32,7% az icra edilməsi ilə (2 mlrd. 448,3 mln. manat) əlaqələndirmək olar.
Fond tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6,1 mln. manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2,991 mlrd. manat və ya 49,1% səviyyəsində icra edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info