Səfirimizin məqaləsi dərc olunub
Tarix: 28.07.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun “Business & Diplomacy” jurnalının növbəti nömrəsində “Azərbaycan yolların kəsişməsində. Avrasiyada trans-regional əlaqəliliyin gücləndirilməsinin yeni aparıcı qüvvəsi və mühərriki” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə bildirilib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı və Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunda 70 faizdən çox paya sahib olan Azərbaycan qeyri-neft sektorunun inkişafı, regionlarının bərabər səviyyəli tərəqqisinin təşviqi, iqtisadiyyatının şaxələndirilməsi və rəqabət qabiliyyətliliyinin artırılması, biznes mühitinin yaxşılaşdırılması, ticarətin asanlaşdırılması sahəsindəki səylərini uğurla davam etdirir. Səfir vurğulayıb ki, ölkədə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Strategiyasına, o cümlədən milli iqtisadiyyat və onun əsas sektorları üzrə Strateji Yol xəritələrinə əsasən uğurlu islahatlar həyata keçirir. Bunun sayəsində daha şaxələndirilmiş, rəqabət qabiliyyətli və davamlı iqtisadiyyata keçid təmin edilir.
R.Həsənov diqqətə çatdırıb ki, Azərbaycan özünün iqtisadi təhlükəsizliyinə töhfə verən bir sıra regional layihələrin təşəbbüskarı qismində çıxış edir. Hazırda nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr ölkənin davamlı və hərtərəfli inkişafına xidmət etməklə yanaşı, həm də regionun iqtisadi rifahına töhfə verir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya Super İnformasiya Magistralı və Cənub Qaz Dəhlizi kimi strateji trans-regional layihələrin həyata keçirilməsi üzrə regionda aparıcı ölkədir.
Məqalədə bildirilib ki, Azərbaycan qlobal iqtisadiyyata səmərəli inteqrasiya etmək üçün nəqliyyat bağlantılarının inkişafına xüsusi əhəmiyyət verir. Ölkəmiz özünün əlverişli geostrateji mövqeyi və güclü tranzit potensialı sayəsində Avropa ilə Asiyanı birləşdirən ən qısa və iqtisadi cəhətdən səmərəli marşrutun ərsəyə gəlməsi üçün münasib nəqliyyat imkanları təklif etməklə Avrasiyada regionlararası və regiondaxili ticarətə töhfə verir. Tarixi “İpək yolu”nun bərpası ilə bağlı görülən işlər Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.
Səfir məqalədə “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Bir kəmər, bir yol” və “Lapis Lazuli” kimi layihələrin iştirakçısı olan Azərbaycanın trans-regional nəqliyyat bağlantılarına verdiyi töhfələr, Pan-Avropa Nəqliyyat Dəhlizi və Trans-Asiya Nəqliyyat Şəbəkəsinin mühüm elementi olan, 2017-ci ilin payızında tam istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars layihəsinin Avrasiya boyu yük və sərnişin daşımalarındakı əhəmiyyəti, Avrasiyanın aparıcı ticarət və logistik qovşağı olacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük daşınmasında oynayacağı rol barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sayəsində “İpək yolu” boyunca tranzit daşımaları daha etibarlı, davamlı və səmərəli olacaq.
Məqalədə qeyd edilib ki, Azərbaycanın ərazisindən dəmir və dəniz yolu vasitəsilə tranzit yüklərin asan axınının təmin olunması, həmçinin tranzit yük daşımaları sahəsində ölkəmizin potensialından daha geniş və səmərəli istifadə məqsədilə 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Şuranın məqsədi dəmir yolu, avtomobil yolu və dəniz karqo nəqliyyatında vahid, səmərəli və şəffaf tarif siyasətinin hazırlanması, karqo daşımaları və sərhəd keçidinin təkmilləşdirilməsi və asanlaşdırılması, tranzit prosedurlarının sayının və vaxtının azaldılması, eləcə də ölkədən keçən nəqliyyat dəhlizlərinin təşviq olunmasından ibarətdir. Çin ilə Avropa arasında karqo axınlarının artırılması məqsədilə 2016-cı ildə Beynəlxalq Trans-Xəzər Nəqliyyat Konsorsiumu yaradılıb.
Həmçinin bildirilib ki, Hind okeanının və Fars körfəzinin Xəzər dənizi ilə nəqliyyat bağlantısının təmin olunması məqsədilə ötən il Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regional nəqliyyat əməkdaşlığına yeni təkan verib.
Səfir Azərbaycanın BMT-nin Baş Assambleyası tərəfindən dəstəklənən Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin həyata keçirilməsi vasitəsilə regional informasiya-kommunikasiya texnologiyaları qovşağı kimi artan rolunu da qeyd edib. Bu layihənin Avrasiya regionu boyunca genişzolaqlı internet bağlantısının yaradılmasına, regional informasiya-kommunikasiya texnologiyalarının inkişafına və elektron ticarətin artımına xidmət edəcəyi bildirilib. Vurğulanıb ki, Trans-Avrasiya Super İnformasiya Magistralı istifadəyə verildikdən sonra Avropa ilə Asiyanın ən böyük internet mübadilə nöqtələrini birləşdirəcək.
Məqalədə, həmçinin bildirilib ki, regional enerji təhlükəsizliyi sahəsində əlaqəlilik Azərbaycanın gələcəyə baxışının təməl daşı olaraq qalmaqdadır. Bu xüsusda Şərq-Qərb enerji layihələri Azərbaycanın davamlı enerji siyasətinin tərkib hissəsidir. Səfir Cənub Qaz Dəhlizinin icrası barədə məlumat verib və bu layihənin regional enerji təhlükəsizliyinə töhfə verilməsi və yeni biznes imkanlarının yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
R.Həsənov qeyd edib ki, Azərbaycan trans-regional nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları bağlantılarının gücləndirilməsi yolu ilə Avrasiya regionunun davamlı və əhatəli inkişafının artırılması naminə konstruktiv əməkdaşlığa və yeni iqtisadi perspektivlərin müzakirə edilməsinə hər zaman açıq və hazırdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info