Avropa Oyunları çərçivəsində Bakıya 6 min idmançı gələcək
Tarix: 01.05.2013 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun birgə mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Avropa Olimpiya Komitəsinin Koordinasiya Şurasının üzvlərinin ölkəmizdə olduğunu diqqətə çatdıran A.Rəhimov bu müddət ərzində respublikamızın idman infrastrukturunun təqdimatının keçirildiyini bildirib. Vurğulayıb ki, artıq qonaqlar Olimpiya kəndində idmançılar üçün yaradılmış şəraitlə tanış olub və burdakı şərait yüksək qiymətləndirilib. Ümumiyyətlə, birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə davam edir.
“Bakıda çox əsrarəngiz inkişaf var”
AOK prezidenti Patrik Hikki 2001-ci ildən etibarən Azərbaycana 5-ci dəfə gəldiyini və hər səfərində ölkəmizə məftun olduğunu deyib. Onun sözlərinə görə, Bakıda çox əsrarəngiz inkişaf var. Təşkilatçılığa gəldikdə, AOK prezidenti qeyd edib ki, bütün işlər çox dostcasına həyata keçirilib: “Biz çox bəxtəvərik ki, Azərbaycan Prezidenti eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir. Onunla görüşdük və əmin olduq ki, həqiqətən də belə bir komanda ilə işləmək bizim üçün şərəflidir və çox yaddaqalandır. Eyni zamanda Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə görüşdük. O da Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, idman xadimidir. Bizim çox gözəl komandamız, ekspertlərimiz var. Əlimizdən gələni ortaya qoyaraq işi yüksək səviyyədə görəcəyik”.
Hikki hazırlığın gedişindən hərtərəfli razı olduqlarını da bildirib: “Görüləcək işlərə dair çox yaxşı debatlar keçdi. Avropa Oyunlarına qalan 2 il əslində çox az müddətdir. Hazırlıq üçün 7 il lazımdır. Amma biz peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağıq. Biz Yay Olimpiya Oyunlarının surəti olmağı planlaşdırmırıq. Avropa Oyunlarına öz yanaşmamız olacaq. Bakının I Oyunlara təşkilatçılıq etməsi bir bəxtəvərlikdir. Bu irəliləyişi görəndən sonra digər ölkələr 2019-cu il Avropa Oyunlarına namizədliyini vermək istəyirlər. 49 ölkənin hamısından Oyunlarda iştirak edəcəklərini gözləyirəm”.
Hikkinin sözlərinə görə, Bakı Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyi halda Yay Olimpiya Oyunları da keçirməyə qadir olacağını nümayiş etdirəcək: “Bilirəm ki, Bakı 2 dəfə Yay Olimpiya Oyunlarına namizəd olub. Realist olsaq, Olimpiada təşkil etmək üçün fürsət qazanmaq lazımdır. 2000-ci ildən Prezidentinizlə tanışam, nazirinizlə də bu barədə danışmışam. Əgər Avropa Oyunları uğurla keçirilsə, bu, sizin üçün böyük üstünlük olacaq. Hər kəsə sübut edəcəksiniz ki, belə nüfuzlu oyunları keçirməyə qadirsiniz”.

Kanoe yarışı Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman
Mərkəzində təşkil olunacaq

Azad Rəhimov daha sonra bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və tarixi məlumdur. O, bildirib ki, iyunun 12-28-də baş tutacaq ilk Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir. Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil. Hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir: “Atletika və boksla bağlı hələ tam qərar verməmişik. Amma müsbət nəticələr əldə olunacağını gözləyirik. Dəyişiklik olduqca məlumat verəcəyik. Əlavə idman növlərini daxil etmək baxımından Bakının da imkanlarını nəzərə almalıyıq”. İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Nazir bildirib ki, komissiya üzvləri həmin idman qurğusu ilə tanış olublar və çox bəyəniblər. A.Rəhimov qeyd edib ki, bir neçə beynəlxalq federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa da, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.
A.Rəhimov hazırda əksər növlər üzrə yığma komandalarımızın formalaşdırıldığını bildirib. O, yalnız triatlonun Azərbaycanda əhatə olunmadığını deyib: “Bu növ üzrə də çox vacib addımlar atmalıyıq. Triatlon üzgüçülük, velosiped idmanı və qaçışdan ibarətdir. Digər idman növləri üzrə yığmalarımız da var, bəzilərində yüksək nəticələrimiz də. Elə kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini də yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, Avropanın yüksək divizionunda iştirak edirlər. Bu növə də ümidlərimiz çoxdur. Çünki 3X3 növü olacağından nəticə qazanmaq olar. Velosiped növündə böyük inkişaf müşahidə olunur. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı”.

Əməliyyat Komitəsi yaradıldı

Gənclər və idman naziri deyib ki, 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə bağlı Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsi Olimpiya Kəndində fəaliyyət göstərəcək: “Hazırda müxtəlif ölkələrdən ekspertlər dəvət olunurlar. Çalışırıq ki, ekspertlər Olimpiya Oyunları keçirmə təcrübəsinə malik olsunlar. Məsləhətçi vəzifəsinə Daq Arnot dəvət olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində rəhbər vəzifələrdə yer aldığından böyük təcrübəyə malikdir. Digər vəzifələrə də namizədlərə baxılır, onlarla da müqavilə bağlanılacaq. Mütəxəssislər azərbaycanlı gənclərlə birgə işləyəcəklər. Gənclərimiz bunun sayəsində birgə böyük təcrübə toplayaraq özləri də gələcəkdə yarış keçirmək üçün lazımi biliyə malik olacaqlar”.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info