Göyçayda əhalinin istirahəti üçün hər cür şərait yaradılır
Tarix: 28.07.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Göyçay şəhərindəki parklar yenidən qurulur, əhalinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılır.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindəki Heydər Əliyev parkında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Yenidənqurma işləri zamanı Ulu Öndərin adını daşıyan parkın ərazisi xeyli genişləndirilib, burada yeni oturacaqlar, fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, tamet plitələr döşənib və gül kolları əkilib. Bayraq Meydanı da əsaslı təmirdən sonra rayon sakinlərinin istifadəsinə verilib.
Hazırda şəhərin şimalında yerləşən Əli Kərim parkında yenidənqurma işləri davam etdirilir. Vaxtilə parkın ərazisində dəfn edilən Göyçayın tanınmış şairləri Əli Kərim, İsgəndər Çoşqun və Əli Səmədlinin məzarları bərpa edilib, ətrafı abadlaşdırılıb. Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək ətrafına mərmər döşənib. Hazırda parkın ərazisinə tamet plitələr döşənir, su xətti çəkilir, yeni işıqlandırma sistemi və oturacaqlar quraşdırılır, gül kolları əkilir. Parkın giriş qapısı da yenidən qurulub.
Həmçinin parkda ucaldılan “31 Mart - Azərbaycanlıların Soyqırımı” abidə kompleksi əsaslı təmir edilir, ətrafda abadlıq işləri görülür.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info