Xaricə saxta hesabatları kimlər ötürür?
Tarix: 01.05.2013 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Yaxud Leyla Yunus, Emin Hüseynli kimilərin “qrant kralları”na çevrilməsinin səbəbi nədir?

Azərbaycanda fəaliyyət göstərən bəzi QHT nümayəndələrinin milli və dövləti maraqları hər an alver məqsədi ilə qurban verməyə hazır olduqları tez-tez üzə çıxır. Onlar qeyri-şəffaf fəaliyyət göstərirlər, Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərini pozurlar və eyni zamanda da milli təhlükəsizliyi təhdid edirlər. Son dövrlərdə bu sahədə ortaya çıxan faktlar bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti onun əleyhinə fəaliyyət göstərən hər hansı təşkilatı vaxtında ifşa etməli, onun antimilli fəaliyyətinin qarşısı ictimai qınaq və eyni zamanda hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə alınmalıdır.
Azərbaycanda fəaliyyət göstərən bəzi QHT nümayəndələrinin milli və dövləti maraqları hər an alver məqsədi ilə qurban verməyə hazır olduqları tez-tez üzə çıxır. Onlar qeyri-şəffaf fəaliyyət göstərirlər, Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərini pozurlar və eyni zamanda da milli təhlükəsizliyi təhdid edirlər. Son dövrlərdə bu sahədə ortaya çıxan faktlar bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti onun əleyhinə fəaliyyət göstərən hər hansı təşkilatı vaxtında ifşa etməli, onun antimilli fəaliyyətinin qarşısı ictimai qınaq və eyni zamanda hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə alınmalıdır. Son zamanlarda mediada ABŞ-ın Milli Demokratiya İnstitutunun “NİDA” adlı qurumu maliyyələşdirdiyi, onun üzvlərini sosial şəbəkələrdə və cəmiyyətdə Azərbaycanın milli maraqları əleyhinə təxribatlara şirnikləndirdiyi barədə çoxlu əsaslandırılmış informasiyalar yayıldı, saxlanılmış “NİDA” üzvlərinin bu barədə etirafları efir vasitəsilə əyan oldu. Bu kimi faktlar bir daha xarici kəşfiyyat qurumlarının milli inkişaf yolu tutmuş ölkələrdə agentura şəbəkəsi yaratdığı, cəmiyyətlərə müdaxilə cəhdlərinin artdığı ərəfədə vətəndaşlarımızın ehtiyatlı və informasiyalı olmasını zəruri edir. Araşdırmalar göstərir ki, xarici qurumlar və donorların əksəriyyəti Azərbaycandakı QHT sektoruna qrantları heç də inkişaf məqsədləri ilə ayırmırlar. Yaxud da bu cür xarici donorlar ayırdıqları qrantların cüzi hissəsini “maskirovka” olunmaq məqsədilə guya sosial məsələlərə həsr edirlər ki, ictimaiyyəti əsl fəaliyyət məqsədlərindən yayındırsınlar. Halbuki indiyə qədər xarici donorlar tərəfindən ölkəmizə ayrılan qrantları istiqamət və mövzular üzrə təsnif etsək, bir daha sübut edilmiş olur ki, bu donorların məqsədi cəmiyyətimizdə “qaşınmayan yerdən qan çıxarmaq”, psevdoproblemləri qaldırıb bununla dövlətə təzyiq etmək və milli maraqlarımıza zərbə vurmağa yönəlmiş dividendlər, rıçaqlar əldə etməyə çalışmaqdır. Ötən saylarımızda da qeyd etmişdik ki, bu cür xarici donorlar əslində elm və mədəniyyət, vətənpərvərlik, təhsil və sair cəmiyyətin həqiqi inkişaf istiqamətləri olan məsələlərə, demək olar ki qrant ayırmırlar. Çünki bu istiqamətlər üzrə milli inkişaf onların məqsədləri ilə tərs mütənasibdir. Onları maraqlandıran odur ki, Azərbaycanda guya çoxlu sayda problemlər olduğu barədə həqiqətlərə uyğun olmayan hesabat və donoslar hazırlansın və ötürülsün. Elə məhz bu cür qeyri-səmimi və məkrli fəaliyyətin nəticəsi olaraq bəzi xarici qurumlar ölkəmizlə bağlı qərəzli hesabatlar yayırlar. Belə ki, həmin xarici donorların sifarişlərini yerinə yetirən çuğulçu və qranta görə hər şeyə hazır olan QHT-lərin fəaliyyəti hesabına daimi olaraq Azərbaycandan xaricə hesabatlar göndərilir. Məsələn, ABŞ Dövlət Departamentinin hesabatında da mənbəyi göstərilməyən hesabatlardan istifadə olunur. Qeyd etdik ki, əslində bu cür qərəzli informasiyaların mənbəyi bəllidir - xarici donorların istənilən sifarişini qrant müqabilində yerinə yetirməyə hazır olan QHT-lər.

Emin Hüseynli və Leyla Yunusa niyə külli
miqdarda qrantlar ayrılır?

Məsələn, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynli indiyə qədər xarici təşkilatlardan (ABŞ-ın NED təşkilatı, Avropa Komissiyası, “The Northern Trust Company” və başqa xarici qurumlardan-İ.A.) 1 milyon 41 min pul alıb. Təsadüfi deyil ki, bu adam öz saytında Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirir, yaxud da RATİ-nin ofisi Azərbaycan dövlətçiliyi və milli maraqları əleyhinə intensiv tədbirlərin keçirildiyi məkana dönüb. Onu da xatırladaq ki, ötən il ölkədə “Eurovision”un keçirildiyi ərəfədə RATİ və digər xarici qrant naminə ölkə maraqlarını satmağa hazır QHT-lər “Demokratiya naminə oxu” adı altında Azərbaycanda ancaq mənfi məsələləri qabardan, şişirdən və bizi sanki problemlərdən ibarət, geridə qalmış ölkə kimi xarici qonaqlara, jurnalistlərə təqdim edən layihə həyata keçirirdi. Bu layihə də qeyri-şəffaf və məbləği, hesabatlılığı cəmiyyətə açıqlanmadan həyata keçirilirdi. İndi isə E.Hüseynlinin təkcə bir xarici donordan ümumilikdə bir milyondan artıq qrantlar alması faktı bu adamın nə qədər antiazərbaycan layihələrinə imza atdığı və nə qədər qeyri-şəffaf qrantların “üstündən su içdiyi” barədə təsəvvürlər yaradır.
Yaxud Leyla Yunusun başında durduğu “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyəti” adlı QHT 357 min manatlıq qrant alıb. Leyla Yunus NED, German Marşall Fondu, “Freedom House” təşkilatı, Ədalət və Təhsil Fondu, Britaniyanın “Article 19” təşkilatı, Kanadanın Türkiyədəki səfirliyi, ATƏT-in Bakı ofisindən külli miqdarda qrantlar alıb. Məhz bu cür xarici qrantlar onun Azərbaycana münasibətini və fəaliyyətini yönləndirdiyi üçün bu şəxs ölkədəki seçkilər, insan haqları haqqında qərəzli hesabatlar göndərir. Fikir verilsə, onun qrant aldığı təşkilatların, məsələn, “Freedom House” kimi qurumların Azərbaycana qarşı qərəszli münasibəti ilə bu xanımın yaşadığı ölkəyə münasibəti, asiliyi üst-üstə düşür. L.Yunus o qədər antiazərbaycan istiqamətli qrtantlara susayıb və o qədər onlardan qidalanıb ki, hər məqamda Azərbaycan əleyhinə fəaliyyət göstərməkdən, münasibət bildirməkdən əl çəkə bilmir. O, hətta bir neçə il öncə şəhərin mərkəzindəki köhnə evlərin sökülməsi və sakinlərin köçürülməsi kimi ən inkişaf etmiş, yeniləşən şəhərlərdə aparılan adi prosesi belə siyasiləşdirməyə, bununla bağlı “insan haqlarının pozulduğu barədə” dünyaya car çəkməyə çalışırdı... Çünki bu məsələdə onun əlinə yeni qrantlar və “donoslar” üçün bir fürsət düşmüşdü...

“Hər hansı donordan alınan qrantlar mənim mövqeyimə xələl
gətirə bilməz”

Xarici QHT-lərin və onlardan qrant alan qurumların Azərbaycan qanunvericiliyinin tələblərini, şəffaflıq prinsipini pozmasını, milli təhlükəsizliyi təhdid etməyə çalışmalarını yolverilməz sayan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Palitra”ya açıqlamasında belə bildirdi: “Müvafiq strukturlar, hüquq-mühafizə orqanları bu cür QHT-lərin fəaliyyəti ilə nizamnamə müddəaları arasındakı uyğunsuzluqların olub-olmamasını, onların fəaliyyətində milli təhlükəsizlik üçün təhdidlər olub-olmamasını yoxlaya bilərlər. Əgər onların fəaliyyətində milli təhlükəsizliklə bağlı hər hansı təhdidlər olarsa, onlar haqqında məhkəmələrdə qərar çıxarıla bilər. Əlbəttə ki, bu cür hallar cəmiyyət tərəfindən qınanmalıdır. O cür təşkilatlar və şəxslərlə əlaqə saxlamaqla onların fəaliyyəti barədə qiymətləndirmə aparılmalıdır. Bu cür məsələlərə bütövlükdə cəmiyyətin ümumi qınağı olmalıdır. Azərbaycanın vətəndaşı olaraq mənim üçün ən ümdə və vacib olan məsələ ölkəmin milli maraqlarıdır. Ölkəmin milli maraqları hər şeydən üstündür. Bu milli maraqlar mənim ölkəmin vətəndaşlarının haqlarını, hüquq və mənafelərini, azadlıqlarını təmin edən şərtlərlə tamamlanır. Bu baxımdan da mən bir vətəndaş və vətəndaş cəmiyyəti təmsilçisi olaraq öz fəaliyyətimi Azərbaycan qanunları və Konstitusiyası çərçivəsində qururam. Heç bir halda hər hansı donordan alınan qrantlar mənim bu mövqeyimə xələl gətirə bilməz. Bizim həyata keçirdiyimiz layihələrdə də Azərbaycanın milli mənafeyi, prioritetləri tamamilə nəzərə alınır. Biz hazırkı şəraitdə Azərbaycan cəmiyyətinin prioritetləri nəzərə alınmaqla o layihələri təklif edir və həyata keçiririk, buna uyğun olaraq fəaliyyət göstəririk”.
Vətəndaş cəmiyyəti sektoru üzrə ekspert qeyd etdi ki, əgər kimsə buna uyğun fəaliyyət göstərmirsə, qanunları pozursa, hansı sektorda olmasından asılı olmayaraq onun belə fəaliyyətinin qarşısı alınmalıdır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info