Massaçusets Texnologiya İnstitutunun proqram meneceri BANM-də olub
Tarix: 28.07.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Massaçusets Texnologiya İnstitutunun (MTİ) Beynəlxalq Elm və Texnologiya Təşəbbüslərinin (MISTI) Avrasiya üzrə proqram meneceri və qlobal səviyyədə start-up laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev, Massaçusets Texnologiya İnstitutunun məzunu Ramil Məhərrəmov və BANM-in ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər. Məqsəd dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu ilə Azərbaycan universitetləri və şirkətləri arasında tərəfdaşlığın inkişafı istiqamətində ehtiyacların və imkanların aşkar edilməsi olub.
BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddətdə qazandığı nailiyyətləri və yeni açılan kampusu barədə məlumat verib. O, qarşılıqlı maraq doğuran məsələlərdən söz açaraq bunun iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Massaçusets Texnologiya İnstitutunun Avrasiya üzrə proqram meneceri və qlobal səviyyədə sart-up laboratoriyalarının rəhbəri Yekaterina Zabrovskaya MISTI təhsil proqramları barədə məlumat verib. Bildirilib ki, bu təşkilat MTİ-nin tələbələrini xaricdə ixtisas təcrübəsi, tədqiqat və tədris imkanları ilə təmin edir, dünyanın aparıcı şirkətləri, tədqiqat institutları və universitetləri ilə əməkdaşlıq etməkdə töhfə verir.
Y.Zabrovskaya deyib: “Təmsil etdiyim institut 22 ölkə ilə oxşar tərəfdaşlıq proqramları həyata keçirir. Qarşımıza qoyulan məqsədlərindən biri Azərbaycanda qlobal start-up laboratoriyaların yaradılmasıdır”.
Görüşdə, həmçinin birgə əməkdaşlığın potensial istiqamətləri müzakirə olunub.Tərəflər tələbə mübadiləsi, müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması və elmi konfransların təşkili barədə razılığa gəliblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info