Sülh Platformasının həmkoordinatorları fransız yazıçı ilə görüşüblər
Tarix: 28.07.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan Sülh Platformasının ofisində platformanın həmkoordinatorları məşhur fransız yazıçısı Jerar Kardon ilə görüşüblər.
Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, platformanın Ermənistandan olan həmkoordinatoru S. Caginyan Sülh Platforması barədə danışıb. O, Ermənistan və Azərbaycan xalqlarının artıq 25 ildir davam edən münaqişədən yorğun olduqlarını, millətlərin sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, valideynlərin övladlarını bu münaqişədə itirmək istəmədiklərini söyləyib. Sülh Platformasının Azərbaycandan olan həmkoordinatoru Orxan Nəbiyev platformanın əsas məqsədləri, prinsipləri və gələcək planları haqqında danışıb, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vətəndaş diplomatiyasının rolundan bəhs edib. Eyni zamanda sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın, xüsusilə ATƏT-in Minsk Qrupunun vacibliyini qeyd edib.
J. Kardon münaqişənin sülh yolu ilə həlli üçün ilkin olaraq Ermənistan və Azərbaycan xalqları arasında əlaqələrin vacib olduğunu qeyd edib, bunun üçün İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya arasında başlayan barışıq prosesinə nəzər salmağı məsləhət görüb. Aqressiv ritorikanın davamının iki xalq arasında anlaşma əldə edilməsinə problem yaratdığını vurğulayan fransız yazıçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütün regionun inkişafına səbəb olacaq. J. Kardon Sülh Platformasının fəaliyyətini və bu sahədə potensial gələcək töhfəsini yüksək qiymətləndirib, Sülh Platformasının Fransa ilə əlaqələr yaratmasına yardım edəcəyinə söz verib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info