ABŞ-ın Arizona ştatı Azərbaycan ilə bir çox sahələrdə əlaqələrin inkişafında maraqlıdır
Tarix: 28.07.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard ilə görüşüb. Milli Məclisin sədri Oqtay Əsədov ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyib. Qeyd edilib ki, Azərbaycan ABŞ ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və ölkələrimiz arasında ikitərəfli münasibətlər 25 ildir davamlı inkişaf edir. Azərbaycanın ABŞ-ın bir sıra ştatları, xüsusilə də Arizona ştatı ilə yaxın iqtisadi, siyasi münasibətləri var. Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə daim ABŞ-ın yanındadır. Söhbət zamanı Azərbaycanın iqtisadi inkişafı, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Arizona ştatının Azərbaycana verdiyi dəstəyə və Arizona Nümayəndələr Palatasında Xocalı soyqırımının tanınmasına dair bəyannamə qəbul etdiklərinə görə qonağa təşəkkürünü bildirib.
Nümayəndələr Palatasının sədri Cavan Mesnard yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycanın qədim tarixə və mədəniyyətə malik ölkə olduğunu deyən C.Mesnard Arizona ştatının bir sıra sahələrdə, o cümlədən iqtisadi sahədə Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. O, ölkəsinə döndükdən sonra Azərbaycandakı əlverişli investisiya mühiti barədə məlumat verəcəyini qeyd edib. Nümayəndələr Palatasının sədri ABŞ-ın yüksək texnologiyalar sahəsində çalışan şirkətlərinin Azərbaycan ilə əməkdaşlıq edəcəklərinə əminliyini vurğulayıb.
Britaniya-Aİ azad hərəkət zonasından istifadə müddəti 2019-cu ilin martında başa çatır
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında azad hərəkət zonasından istifadə hüququ 2019-cu ilin martında başa çatır. Birləşmiş Krallığının miqrasiya naziri Brandon Levis qeyd edib ki, azad hərəkət zonasından istifadəyə dair müddət başa çatdıqdan sonra yeni miqrasiya qanunu qüvvəyə minəcək. Britaniyanın daxili işlər naziri Amber Rud jurnalistlərə müsahibəsində bildirib ki, Birləşmiş Krallıq bütün dünyadan ən yaxşı immiqrantları cəlb etməyə çalışacaq. Biznes sahibləri, firmalar, universitetlər və s. iş strukturları üçün “Brexit”dən sonra Aİ ilə immiqrasiya sahəsində əməkdaşlığın necə olacağı çox vacibdir. Bununla bağlı hələlik dəqiq məlumat yoxdur. 2018-ci ildə parlamentdə miqrasiya ilə bağlı qanun layihəsinin qəbul edilməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info