Dünya ölkələrinin turizm planları
Tarix: 28.07.2017 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Turizm gəlirlərinin getdikcə artması dünya ölkələrini bu sektoru daha da inkişaf etdirməyə sövq edir. Hazırda bir çox ölkələr nəinki cari ili, hətta gələcək illərə hesablanmış layihələr həyata keçirməyi planlaşdırırlar.

Misir 2017-ci il və gələcək illərlə bağlı turizm hədəflərini açıqlayıb

Misir Turizm Nazirliyi, 2017-ci ildə 10 milyon ziyarətçi sayına çatmağı hədəflədiklərini açıqlayıb. Eyni dövrdə 7,8 milyard dollar turizm gəlirinə çatmağı nəzərdə tutan Misirin 2019-20-ci illərdə turizm gəlirində hədəfi isə 28,4 milyard dollar olaraq açıqlanıb. 2016-cı ildə 4,5 milyon ziyarətçiyə ev sahibliyi edən Misir, bu il ziyarətçi sayını 100 faizdən çox artırmağı proqnozlaşdırır. İlin ilk yarısı ilə bağlı ziyarətçi və turizm gəlirində hədəflərə çatılacağını bildirən nazirlik, Avropa ölkələrindəki təqdimat və marketinq işlərinin sürətlə davam etdiyinə diqqət çəkib.
Turizm Planlaşdırma İdarəsi tərəfindən hazırlanan hesabata görə, Misir turizmi 2015-ci ildə 40 faiz kiçilib. Bu kiçilmədə Avropa ölkələri tərəfindən Misirə tətbiq olunan uçuş qadağasının daha çox rol oynadığı göstərilən hesabatda, 2017-18-ci ildə ziyarətçi sayının 10,5 milyona çatacağı qeyd edilir.

2020-ci ildə hədəf 20 milyon turist
Hesabata görə, 2019-20-ci illərdə 20 milyon ziyarətçi qəbul etməyi qarşısına məqsəd qoyan Misir, turizm gəlirini 28,5 milyard dollara yüksəldəcək. Hədəfə çatmaq üçün ənənəvi bazarların xaricindəki ölkələrə də üstünlük veriləcək.
2017-ci ildə Avropadan ümumilikdə 6 milyon ziyarətçi qəbul etməyi nəzərdə tutan Misir, ərəb ölkələrindən ziyarətçi sayının isə 2 milyondan 6 milyona, Çin Yaponiya və Hindistandan 248 mindən 322 minə yüksəltməyi proqnozlaşdırır. Hesabatda, həmçininAsiya ölkələrindən gələn ziyarətçilərin mədəniyyətə üstünlük verən turist olduğu və daha çox vəsait xərclədiyi qeyd edilir.

Türkiyənin hədəfi Avropa deyil, Çin və Hindistandır
Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş vəzifəyə başladıqdan sonra ilk yığıncağını Antalyada keçirib. Sektor nümayəndələri ilə bir araya gələn nazir yığıncaqdan sonra mətbuata açıqlamasında başda Almaniya olmaq üzrə digər Avropa ölkələrində yaşanan problemlərin o ölkələrin siyasətçilərindən qaynaqlandığını söyləyib. Nazir Türkiyənin son iki ildə yaşadığı böhrandan təsirləndiyini, ancaq sektorun güclü olması səbəbi ilə sürətlə problemi aşdığını deyib: “Türkiyənin humanitar diplomatiyasının əhəmiyyətli vasitələrindən biri olaraq önümüzdəki dövrdə turizmdən və mədəniyyətdən daha çox istifadə etmək məqsədi ilə ölkəmizin bütün özəlliklərini dünyaya tanıdacağıq. Dünya ölkələrinə yaya biləcək mədəniyyət və turizm zənginliyimiz var. Bu baxımdan turizmdə böyük hədəflər ortaya qoymaq lazımdır. Bu imkanları, gözəlliklər və dəyərləri, dünyanın müxtəlif bölgələrindən gələcək turistlərə çatdırmaq üçün bütün təqdimatları Türkiyənin lehinə çevirmək məcburiyyətindəyik. Bunun üçün böyük hədəflər ortaya qoyacağıq. 50 milyon turist və 50 milyard dollar gəlir hədəfimizdir, 2023-cü ildə bunu reallaşdıracağıq və bu Türkiyə iqtisadiyyatına böyük dəstək olacaq. Yalnız alman, rus turistlər deyil, yeni bazarlara açılacağıq. Çin, Hindistan və uzaq Şərqi Asiyadan turist cəlb etmək üçün səfərbərlik başlanacaq”.
Avropada bəzi dairələrin öz daxili siyasi çəkişmələrinin nəticəsi olaraq Türkiyədə turizm təhlükəsizliyinin olmadığı istiqamətində fikir bildirərək, xüsusilə Avropadan Türkiyəyə gələcək turistlərə təsir etməyə çalışdıqlarını deyən nazir bildirib ki, bunun reallıq ilə heç bir əlaqəsi yoxdur: “Bunlar tamamilə bəzi ölkələrdə yaxınlaşan seçkilər səbəbi ilə daxili siyasətlə bağlı deyilən sözlərdir və həqiqəti əks etdirmir. Bunu çox açıq şəkildə ifadə etmək istəyirəm. Antalya, Konya, Van və nə qədər turist şəhərlərimiz varsa İstanbul da daxil olmaqla, ən az Berlin, Paris və Roma qədər etibarlı şəhərlərdir”.

Rusların 25 faizi bu il tətilə çıxmayacaq
Rusiya vətəndaşlarının 25 faizi bu yay tətilini evlərində və bağ evlərində keçirir. Belə ki, Rusiyada bu yay mənfi hava şərtləri və gəlirlərdəki eniş tətilə çıxanların sayında ciddi azalmaya yol açıb. “Turkrus.com”un xəbərinə görə, Rusiyadakı qadınların 45 faizi, kişilərin 54 faizi bu il yay tətili etmir. 24 yaşdan aşağı insanların 56 faizi yay tətilinə çıxmadığını söyləyir. Rusiyada işləyə bilən əhalinin 10 faizi ölkə daxilində tətil edir. Qadınların 12 faizi, kişilərin isə 8 faizi Rusiyada yay tətili etməyə hazırlaşır. Anket iştirakçılarının 9 faizi tətilini xaricdə keçirəcəyini söyləyib. Bu nisbət qadınlarda 11, kişilərdə isə 7 faizdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info