“Azərbaycan xalqı dünya musiqi mədəniyyətinə görkəmli simalar bəxş edib”
Tarix: 28.07.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


“Azərbaycan xalqı dünya musiqi mədəniyyətinə görkəmli simalar bəxş edib. Onlardan biri bənzərsiz səsi və ifası ilə dünyada məşhur olan Müslüm Maqomayevdir. Ölkənizin digər tanınmış musiqiçiləri, cazmenləri var”.
“Jara” festivalının iştirakçısı, Rusiyanın Xalq artisti Oleq Qazmanov AZƏRTAC -ın müxbiri ilə söhbətində Azərbaycan musiqisi ilə bağlı fikirlərini belə ifadə edib.
Bakıya ailəsi ilə birgə gəldiyini söyləyən Oleq Qazmanov şəhərimizdə baş verən inkişafın onda xoş təəssürat oyatdığını vurğulayıb. “Bu inkişafı görmək olduqca xoşdur. Heydər Əliyev Beynəlxalq Aeroportuna qədəm qoyduğumuz andan isti və səmimi münasibətlə qarşılaşdıq. Əgər Bakı bizi sevirsə, biz niyə bu şəhəri, bu mehriban insanları sevməyək? Buradakı hər bir konsertim yaddaşımda unudulmaz anları ilə qalıb. Azərbaycan xalqı musiqini sevir və qiymətləndirir”, - deyə müğənni qeyd edib. “Jara” musiqi festivalının artıq hamının ürəyincə olan ənənəyə çevrildiyini bildirən Rusiyanın Xalq artisti əlavə edib ki, Xəzər sahilləri istirahət üçün çox gözəl məkandır və tamaşaçılar konsertlərdən böyük zövq alacaqlar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info