Mətbuat Şurası peşə davranışı qaydalarına əməl etməyə çağırır
Tarix: 28.07.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, komissiya sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. İclasda öncə “Oba” MMC-nin “Anaxeber.az” saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib ki, “Anaxeber.az” saytı “Oba” MMC-yə məxsus marketlə bağlı material təqdim edərkən peşə davranışı qaydalarını pozub, qarşı tərəfin mövqeyini öyrənməyib. Buna görə də sayta təkzib mətninin dərci tövsiyə olunub.
Bakı şəhər sakini Zülbalıyev Asim İslam oğlunun “Son söz” qəzeti və “Milli.TV” saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, eyni mərkəzdən idarə olunan iki media orqanının bu və ya digər şəxslər arasındakı konfliktli durumları işıqlandırmaq tərzi heç də peşə prinsiplərinə uyğun gəlmir. Burada qarşı tərəfin mövqeyi nəzərə alınmır. Eyni zamanda cavabdeh özünün kütləvi informasiya vasitəsi kimi statusunu müəyyənləşdirə bilmir. Buna görə də “Son söz” qəzeti rəhbərliyinə fəaliyyətində ciddi dönüş yaratmaq tövsiyə olunub. Bakı şəhərinin Suraxanı rayonunun sakini Yelena Smakinanın “İnterpress.az” saytı ilə bağlı şikayətinin müzakirəsi sonrası belə rəyə gəlinib ki, sayt Y.Smakina haqqındakı materialın həcmi qədər təkzib mətni yayımlamalıdır.
Vətəndaş Gülşən Tofiqqızının müxtəlif kütləvi informasiya vasitələrində yer almış müsahibələr və digər janrlı materiallarda məşhur Azərbaycan milyonçusu Musa Tağıyevlə bağlı tarixi faktların saxtalaşdırıldığını iddia edən şikayəti ətrafında gedən müzakirələrin yekununda komissiya bu qənaətə gəlib ki, G.Tofiqqızına haqqında söz açdığı həqiqətlərin ictimaiyyətə açıqlaması üçün müvafiq şərait yaradılmalıdır. Mövcud xüsusda Mətbuat Şurasının şikayətçiyə müvafiq kömək göstərəcəyi bildirilib.
İclasda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Avtomobil Nəqliyyatı Təsərrüfatı kollektivinin “Təzadlar” qəzetinin saytında yayımlanmış materialla bağlı şikayəti də müzakirə olunub. Qəzetə məsələyə dair təkzib mətninin dərci tövsiyə edilib. Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğlunun “xalqınsesi.com” saytına qarşı şikayətinin isə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasında müzakirəsi qərara alınıb. Qafqaz Xəbər Agentliyinin “topxeber.com” və “pressday.az” saytlarına qarşı şikayəti tərəflər arasında anlaşma əldə olunduğu üçün qapanmış sayılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info