Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura yaradılır
Tarix: 31.07.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsiyanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədi ilə Seçki Komissiyası yaradılıb.

Komitədən verilən məlumata görə, komissiyada 4-ü komitə əməkdaşları, 5-i isə qeyri-hökumət təşkilatlarının nümayəndələri olmaqla 9 üzv təmsil olunur. Təmsil olunan QHT-lər Demokratik Seçki Mərkəzi, “Turan İstedadlar” İB, “Ümid” Sosial İnkişafa Dəstək İB, “Gənc Vətəndaş Maarifləndirmə” İB və “İqtisadi Resursların Öyrənilməsi” İB-dir.

Seçki Komissiyasının yaxın vaxtlarda keçiriləcək ilk iclasında komitə yanında İctimai Şuraya üzvlərin say həddi və şuraya seçkilərin təşkili məsələləri müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, İctimai Şura “İctimai iştirakçılıq haqqında” qanununa uyğun olaraq, vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi icra hakimiyyəti orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, orqanların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsində iştirak edən məşvərətçi qurumdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10755

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info