İnsan alverinə qarşı mübarizə ilə bağlı maariflandirmə aparılır
Tarix: 31.07.2017 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyəti 30 iyul Dünya İnsan Alverinə Qarşı Mübarizə Gününü birgə qeyd ediblər. 30 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən insan alveri, bu məfhumun təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birgə Dünya İnsan Alverinə Qarşı mübarizə günü qeyd edilib.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Randall Olson, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktopark iştirak edərək tədbirdə İnsan alverini törədən amillər haqqında və onunla mübarizə yolları barədə çıxışlar ediblər.
Çıxış edən Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçıləri Azərbacan dövlətinin İnsan Alverinə Qarşı Mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirib və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov İdarənin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və cənab Prezidentin İnsan Alverinə Qarşı Mübarizə sahəsində imzaladığı fərman və sərəncamların Milli Koordinatorun bir başa nəzarəti və rəhbərliyi ilə yüksək səviyyədə icra olunmasını bəyan etdi. Tədbirdə bu sahədə çalışan vətəndaş cəmiyyətinin üzvləri, KİV-nin nümayəndələri, gənclər və s. iştirak edirdilər.
Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən belə bir tədbir Gəncə şəhərində də təşkil olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info