Hacıqabulda “Ailə Akademiyası” layihəsinin təqdimatı olub
Tarix: 31.07.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hacıqabul Rayon İcra Hakimiyyəti və yerli bələdiyyə orqanları ilə birlikdə rayondakı Heydər Əliyev Mərkəzində “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti regional tədbir keçirib. Tədbirdə Hacıqabul, İmişli, Sabirabad, Biləsuvar, Beyləqan rayonlarının və Şirvan şəhərinin fəal yerli özünüidarəetmə orqanlarının təmsilçiləri iştirak edib.
Regional tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əslan Səmədov ölkəmizdə dövlət-ailə siyasəti, ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib, layihənin daha geniş miqyasda həyata keçirilməsi işində bələdiyyələri fəal olmağa çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva mərasimdə çıxış edərək bildirib ki, Azərbaycanın tarixən gözəl ailə ənənələri olub, həmin ənənələr bu gün də yaşadılmalı, gələcək nəsillərə ötürülməlidir. Ailə dəyərlərinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu deyən Aynur Sofiyeva vurğulayıb ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm təməl üzərində dayanaraq cəmiyyətdə öz mövqeyini qoruyub saxlayıb. Respublikamızda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən Dövlət proqramlarından, qəbul edilən qanunlardan söhbət açan sədr müavini qeyd edib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərib.
“Ailə Akademiyası” layihəsi ilə bağlı təqdimatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Digər çıxış edənlər təhsil amilinin və ailə dəyərlərinin əhəmiyyətindən danışıblar.
Tədbir yekunlaşdıqdan sonra Hacıqabul şəhər bələdiyyəsi tərəfindən “Ailə Akademiyası” layihəsi çərçivəsində təşkil olunan təlimə baxış keçirilib.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.
Layihə çərçivəsində bələdiyyə orqanlarında yerli sakinlərin iştirakı ilə görüşlərin il ərzində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info