Gürcüstanda Azərbaycan mədəniyyəti təbliğ olunub
Tarix: 31.07.2017 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Gürcüstanda Mirzə Fətəli Axundov muzeyində Self Development University (Şəxsi İnkişaf Universiteti) və Mirzə Fətəli Axundov muzeyinin direktoru Leyla Əliyevanın təşəbbüsü ilə "Sənət Gecəsi" adlı tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycanın incəsənətini və mədəniyyətinin təbliğatıdır. Şəxsi İnkişaf Universiteti Gürcüstanda yaşayan Azərbaycanlı tələbələr tərəfindən təsis edilmiş bir qeyri-hökumət təşkilatıdır. Təşkilatın əsas məqsədi təhsilin səviyyəsini yüksəltmək, milli dəyərlərimizi və mədəniyyətimizi qoruyub saxlamaq və Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyası nəzərdə tutulub. Tədbirdə M.F.Axundov muzeyinin direktoru Leyla Əliyeva çıxışına Prezident İlham Əliyevin sözləri ilə başladı. “Biz dünya azərbaycanlıları olaraq hər zaman həmrəy olub öz tariximizi, mədəniyyətimizi və incəsənətimizi qoruyub saxlamalıyıq güc birlikdədir” deyə qeyd etdi. Tədbirdə bir sıra qonaqlar iştirak etmişlər: ictimaiyyət nümayəndələri, gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri . “Tea House” Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət. “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı, Şəxşi İnkişaf Universitetinin sədri Ravil Mamedov.
Heydər Əliyev adına Tbilisi Dövlət Dram teatrın aktyoru, gənc ssenarist və rejissor Anar Rafiqoğlu -“Teatr və kino mədəniyyəti” adlı seminar ilə çıxış etdi. Heydər Əliyev adına Tbilisi Dövlət Dram teatrı Fazil Bayramov Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə həm də Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunun təşəbbüskarları olan layihənin Gürcüstan üzrə koordinatoru Leyli Hüseynova çıxış edərək layihə haqqında məlumat verdi. Leyli Hüseynova Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş və əsas məqsədimiz muğam başda olmaqla mədəniyyətimizi və incəsənətimizi dünyaya tanıtmaqdır: “Bu layihə sosial şəbəkələrdən aparılır və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam, aşıq sənəti və Novruz bayramı UNESCO-nun Maddi Mənəvi İrs Siyahısına daxil edilib. Biz də Muğam Dünyası olaraq bu təşəbbüsü dəstəkləyərək layihəmizi başlatdıq”. Koordinator Leyli Hüseynova çıxış edərək bildirib ki, layihənin rəhbəri Nicat Müslümovdur: “Sosial mediada “Muğam dünyası” adlı qrup yaratmış, artıq 10 mindən çox üzvümüz var. Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər yayımlandırmaqla izləyicilərdə maraq yaratmışıq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info