«Der Spiegel»: «Almanların əksəriyyəti ABŞ qadağalarına qarşı çıxış edir»
Tarix: 31.07.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


«Rusiyaya qarşı tətbiq edilən qadağalar ABŞ şirkətlərinə xeyir qazandırsa da, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə ağır zərbə vura bilər. Buna görə də, yeni hazırlanan qanun layihəsinin indiki redaksiyada qəbul edilməsi yolverilməzdir».
Bu fikirlər almaniyalı diplomat, Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerə məxsusdur. "Wall Street Journal" nəşrinə verdiyi açıqlamada qadağaların heç bir effekt verməyəcəyini xatırladan alman diplomat, bunun elə Avropa üçün yeni problemlər yarada biləcəyini qaçılmaz hesab edir.
Hər şeydən əvvəl qeyd edilməlidir ki, Almaniyada fəaliyyət göstərən İctimai Araşdırma İnstitutu alman əhalisinin Rusiyaya qarşı münasibətini müəyyən etmək üçün sorğu keçirib. «Der Spiegel»in verdiyi bilgiyə görə, ölkədə keçirilən son sorğu «ABŞ-ın Rusiyaya qarşı tətbiq edəcəyi yeni qadağalara Alman hökumətinin münasibəti» ilə bağlı olub: « Araşdırmaya görə, respondentlərin 83 faizi ABŞ Konqresi tərəfindən Rusiyaya qarşı qəbul edilmiş yeni iqtisadi qadağaları "səhv" addım kimi dəyərləndirib. Sorğuda iştirak edənlərin yalnız 6 faizi ABŞ Konqresinin bu addımına əhəmiyyət verərək, onu «doğru» addım kimi dəyərləndirib. Maraqlısı odur ki, sorğuda iştirak edən almanların 77 faizi ABŞ-ın belə bir addımının qadağalar hesabına öz iqtisadiyyatını möhkəmləndirməyə hesablandığını iddia edirlər.
Xatırladaq ki, sorğu 7-11 iyul arası Almaniyanın «Wintershall» şirkəti tərəfindən həyata keçirilib. Qeyd edək ki, «Şimal axını-2»nin maliyyələşdirilməsinə 950 milyon avro ayıran bu şirkət Avropanın enerji şirkətləri qrupuna daxil olan iri şirkətlərdən biridir. Məhz bu şirkət Rusiyanın Avropadakı "Qazprom"unun qurucularındandır. Bu layihə iki ölkə –Vaşinqtonla Berlin arasında mübahisəyə səbəb olan layihələrdən biri kimi, önə çəkilir. Məsələ budur ki, ABŞ Konqresi tərəfindən hazırlanan qanun layihəsində «Avropanın ABŞ-ın enerji ixracına prioritet verməsi lazım olduğu» göstərilib. Qeyd edilməlidir ki, məhz ABŞ Konqresinin qanun layihəsindəki bu mətnindən sonra Almaniya yeni qadağalar paketinə qarşı etiraz etməyə başladı.
Təbii ki, «Der Spiegel»in də etirafına görə, Almaniyada keçirilən son sorğu ABŞ-la Almaniya arasında münasibətləri ötən illə müqayisədə xeyli gerilədiyinə dəlalət edir. Təsadüfi deyil ki, bu gün alman əhalisinin yalnız 13 faizi Amerika Birləşmiş Ştatlarını «etibarlı enerji təchizatçısı» kimi, dəyərləndirir. Qeyd edilməlidir ki, bu göstərici ötən il 24 faiz, 2013-cü ildə isə 50 faiz kimi göstərilirdi.
Təbii ki, Almaniyada yaşananlar yerli əhalinin Rusiyaya qarşı münasibətində də özünü göstərməyə başladı. Belə ki, bu ilin martında keçirilən rəy sorğusunda ölkə əhalisinin 30 faizi Moskvanı «etibarlı tərəfdaş» kimi, dəyərləndirib. «Der Spiegel» nəşri Ukrayna hadisələrindən əvvəl bu göstəricinin 53 faizdən artıq olduğunu bildirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info