Barama istehsalçılarına 428 min manat subsidiya veriləcək
Tarix: 31.07.2017 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 85 nömrəli qərarı ilə təsdiq edilmiş "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə subsidiyanın verilmə Qaydası"na əsasən barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə 26 iyul 2017-ci il tarixində Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iclasda barama istehsalçılarına subsidiyanın verilməsi ilə əlaqədar 12 rayon (şəhər) kənd təsərrüfatı idarəsinin və rayon komissiyasının təqdim etdiyi sənədlərə baxılıb və 898 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 85559,11 kq yaş baramanın hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 427 min 795,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Barama istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, "Kapital Bank" ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon komissiyasına göndərilib.
Respublika Komissiyasının keçirilən iclaslarında ümumilikdə 21 rayon (şəhər) üzrə 1386 istehsalçıya 133503,62 kq yaş baramanın miqdarına görə dövlət büdcəsinin vəsaiti hesabına 667 min 518,1 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Ölkədə barama istehsalı ilə məşğul olan 31 rayondan qalan 10 rayon üzrə sənədlər Respublika Komissiyasına təqdim edildikdən sonra barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın miqdarına görə subsidiyanın verilməsi məsələsinə komissiyanın iclasında qısa müddətdə baxılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info