Atıcılıq üzrə Avropa çempionatı
Tarix: 31.07.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qalibi müəyyən olub. Estoniyalı Olesk Peeter rəqiblərindən daha yaxşı nəticə göstərərək 292 xalla qızıl medal əldə edib. Türkiyə təmsilçisi Yusuf Dikeçi çempion adından bir xal ayırıb. O, 291 (14 x) xalla gümüş medal qazanıb. Yarışın üçüncüsü isə 291 (9 x) xalla Ukrayna atıcısı Roman Bondaruk olub. Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov 286 xalla çempionatı doqquzuncu pillədə başa vurub. Xatırladaq ki, Yusuf Dikeç “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 50 metrdən tapança ilə atəşaçma yarışlarının çempionu olub. Yeniyetmələr (qızlar) arasında dairəvi stend atıcılığı üzrə komanda yarışının qalibi İtaliya yığması olub. Komandaya qızıl medalı Del Prete Franseska, Longhi Giada, Basso Giulia qazandırıblar. Rusiya millisinin aktivinə gümüş medalı Elena Buxonova, Alina Fazylzyanova, Marqarita Qevorkian yazdırıblar.Heyətində Maria Kalix, Reiçert Tamara, Valentina Umhoefer olan Almaniya komandası isə bürünc medal qazanıb. Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə tüfənglə üç vəziyyətdə atəşaçma yarışının qalibi Fransa idmançısı olub. Dəqiqliyi ilə rəqiblərini üstələyən fransalı Raynaud Alexis 1167 xalla qızıl medal qazanıb. Yarışda ikinci və üçüncü yerləri Macarıstan atıcıları Peni İstvan (1163 xal) və Sidi Peter (1161 xal) tutublar.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
“Neftçi“ və “Səbail“in 5 potensial rəqibi açıqlandı
17.06.2019
“Çelsi“ “Barselona“ və “Atletiko“nun təklifini rədd etdi
17.06.2019
“Qarabağ“ın Çempionar Liqasında 5 potensial rəqibi məlum oldu
17.06.2019
“Pulu yox, oynamağı seçdim“
17.06.2019
“Barselona” 2 milyona satdığını 40 milyona qaytarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info