Ramil Quliyev Dünya Çempionatında mübarizə aparacaq
Tarix: 31.07.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Azərbaycanlı atlet Ramil Quliyev avqustun 1-13-ü aralığında İngiltərənin paytaxtı Londonda keçiriləcək Dünya Çempionatında Türkiyə yığmasının heyətində mübarizə aparacaq. 27 yaşlı idmançı Türkiyə mətbuatına açıqlamasında hədəfinin medal qazanmaq olduğunu bildirib. Dünya Çempionatında 200 və 4x100 metr məsafəyə qaçışlarda gücünü sınayacaq Quliyev formasının zirvəsində olduğunu söyləyib: “Son iki ildə 50 yarışda iştirak etmişəm. 2017-ci il mənim üçün çox uğurlu keçir. Formamın zirvəsindəyəm. İnşallah, Londonda medal üçün qaçacam. Ölkəmin bayrağını orda dalğalandırmaq istəyirəm. Çox yaxşı hazırlaşmışam. Zədə və ya xəstəlik olmasa, yeganə hədəfim medal qazanmaq olacaq”. Qeyd edək ki, Ramil Quliyev son iki ildə qatıldığı 50 yarışın 33-də hamını qabaqlayıb. İdmançı 2017-ci ildə iştirak etdiyi 25 yarışın hamısında finişə ilk “üçlük”də çatıb. O, 19 dəfə birinci, 5 dəfə ikinci, 1 dəfə də üçüncü yeri tutub.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info