Yaponiya və ABŞ razılığa gəlib
Tarix: 31.07.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Yaponiya və ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən davam edən raket sınaqları ilə əlaqədar təhlükəsizlik sahəsində əlavə tədbirlər barədə razılığa gəliblər. Bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe jurnalistlərə ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra məlumat verib. NHK telekanalının yaydığı məlumata görə Ş.Abe deyib: ”Biz Prezident D.Trampla əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu barədə tam razılığa gəldik”. Baş nazir əlavə edib ki, Şimali Koreya tərəfindən artan təhlükə ilə əlaqədar Yaponiya və ABŞ sıx əməkdaşlıq şəraitində müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün konkret tədbirlər görəcəklər. Ş.Abenin sözlərinə görə, Yaponiya ABŞ-ın müttəfiqlərini müdafiə edəcəyi barədə vədinin D.Tramp tərəfindən təsdiq edilməsini yüksək qiymətləndirir. Xatırladaq ki, Baş nazir həmçinin beynəlxalq ictimaiyyəti, ilk növbədə Çin və Rusiyanı baş verənləri tam ciddiliyi ilə qəbul etməyə və KXDR-ə qarşı təzyiqləri gücləndirməyə çağırmışdı.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info