Çin yeni qitələrarası ballistik raket nümayiş etdirib
Tarix: 31.07.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Bazar günü Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 90 illiyi münasibətilə keçirilən hərbi paradda milli istehsal olan yeni DF-31AG qitələrarası ballistik raket ilk dəfə nümayiş etdirib. Çin mərkəzi Televiziyasının reportajında raketin maksimal uçuş məsafəsinin 10 min kilometrə çatdığı qeyd olunub. Paradda 12 minə yaxın hərbi qulluqçu və aralarında 100-dən çox təyyarənin olduğu 600 hərbi texnika iştirak edib. Silahların bir çox nümunələri ilk dəfədir nümayiş etdirilir. Çin Xalq Azadlıq Ordusunun tarixi 1927-ci il avqustun 1-nə, Nançan üsyanına gedib çıxır. Çin Xalq Respublikasının (ÇXR) gələcək hərbi-siyasi rəhbərliyinin özəyinin əsası məhz bu üsyanın gedişində yaranmışdı. 1949-1959-cu illərdə hərbi paradlar hər il oktyabrın 1-də, ÇXR-in yaranması günü keçirilirdi. Sonradan ölkə rəhbərliyi büdcəyə qənaət məqsədilə paradları yalnız yuvarlaq tarixlərdə - hər on ildən bir keçirməyi qərara alıb.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Misirdə “həyəcan vəziyyəti“ elan edildi
19.06.2019
Türkiyədə təhlükəli terrorçu Şerif Yakut məhv edilib
19.06.2019
İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib
19.06.2019
Kolumbiya ilə Venesuela sərhədində partlayışlar
19.06.2019
Misirlə ABŞ arasında əmtəə dövriyyəsinin səviyyəsi rekord həddə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info